Bakı Dövlət Universitetinin qarşısında biabırçı mənzərə!

25-04-2016, 09:39           
Bakı Dövlət Universitetinin qarşısında biabırçı mənzərə!
1919-cu ildə bu təhsil ocağı təsisi ediləndə məhz cümhuriyyət dövrünə təsadüf etmişdi. Məhz bu dövrün, daha dəqiq, 9 noyabr 1918-ci ildə artıq şərqin ilk demokratik respublikasının 3 rəngli dövlət bayrağı təsis edilməklə dövlətimizin simvolik rəmzinə çevrildi. Bugün hər bir azərbaycanlı çox böyük fəxarət hissi ilə deyir ki, 2010-cu ildə Ginnesin rekordlar kitabına düşən 162 metr hündürlüyü ilə, eni 35, uzunluğu isə 70 metr olmaqla dünyada ən hündür məhz bizim müstəqil Azərbaycan dövlətinin bayrağıdır.

Ancaq bəzən xoşagəlməz mənzərə ilə də rastlaşanda adam lap məəttəl qalır. Məsələn Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısında üç-üç qruplaşdırılaraq bitişik formada 9 ədəd, uzunluğu 2,5 metr ölçüsündə olan taxta materialdan hazırlanmış skamyalar ayrı- ayrılıqda göy, qırmızı və yaşıl rəngli boya maddəsi ilə rənglənərək orada quraşdırılmışdır. Məsələ burasındadır ki, bu üç- üç qruplaşdırılaraq milli bayrağımızın rəngləri formasında rənglənmiş skamyalar kənardan açıq-aşkar bir başa təfsilatı ilə bayrağımızı xatırladır. Və üstəgəl, ələlxüsus da əgər bu skamyaları elə bu təhsil ocağının Təsərrüfat şöbəsinin rəhbərliyi altında o fəhlələr rəng və boya seçiminin fərqinə belə varmayıbsa bəs onda nəüçün elə bu oturacaqlar məhz yaşıl, qırmızı və göy rəngli boyaq maddəsi ilə rənglənmişdir? Yəni təsadüfdürmü bu? Əsla, bu heç inandırıcı belə deyildir. İkincisi də tutaq ki, bu işləri görən təsərrüfat işçiləri o dərəcədə fikrləşib təsəvvür edə bilməməsi hamı tərəfindən qəbul edilən hal kimi başa düşülər . Bəs bu Ali təhsil ocağında çalışan 500-dən artıq yüksək elmi dərəcə titulunu daşıyanlardan biri tapılıb deyəsi olmadımı ki, bu skamyalarda insan olan kəs əyləşib otururlar və bu da sanki, elə məhz dövlət bayrağı rənglərini xatırladan rənglərin üzərində oturmaq heç yaxşı sayılmaz! Bəlkə bu müəllim heyəti Universitetin ön hissəsindən keçib bu təhsil ocağına daxil olmur və ya onlar bunu görürlərsə belə “ əşi nəyimə lazımdı e bunun müzakirəsi ?” deyib yan ötüb keçib gedirlər.

Məgər bu 3rəngli skamyanın üzərində oturub əyləşmək hər hansısa bir xoşagəlməzliyi əks etdirmirmi ki, biz adətən üçrəngli bayrağı mızı öpüb gözümüzün üstə qoymaqla bütün rəhbər vəzifəli şəxslər də ələlxüsus əyləşdiyi kabinetinin masası üzərinə qoyur və buna da özünü borclu hesab edir. Bəs bunu necə qəbul edək ki, oturma predmeti kimi qəbul edilən skamyaya məhz üçrəngli dövlət bayrağımız kimi rənglənməklə bütün tələbə və valideynlər o skamyalarda o rəngin üzərində oturmaq məcburiyyətində qalır? İndi bu təhsil ocağına rəhbərlik edənə sözümüz odur ki, Dövlətçilik rəmzlərinə hörmət və ehtiramla yanaşmaq hamımızın borcudur, Baxmayaraq ki, cənab Abel Məhərrəmov atası Qarabağ uğrunda gedən savaşda qəhrəmancasına şəhid olan Tələbə qıza imtahan prosesində tələb olunan 70 manat pula irad və narazılığını bildirməsini videogörüntüyə alan Xəzər tv və ANS-tv-nin çəkilişinin efirə gedən “Xəbərlər” proqramında da aydın şəkildə şahidi olduq ki “ Ay qız, səni iti qovan kimi qovaram”! ifadələrini işlətmişdir.

İndi inanırıq ki, uzun bir zaman müddəti ərzində bu təhsil ocağına rəhbərlik edən bir şəxs cəmiyyətdə, xüsusən də Elə oradan keçən zaman bizimlə həmsöhbət olan bir neçə tə ləbənin də bu skamyalarla bağlı narazılıq qısa zamanda aradan qaldırılacaq.

P.S “ Bayrakları bayrak eden, üstündeki al kandır,

Torpaq -uğrunda ölən varsa Vatandır”!

Xəyyam Qurbanov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.