Böyük Britaniyadakı səfirliyimizə hücum edən dinçilərin səfirlik binasından asdıqları şəkil kimin olsa yaxşıdır? Bir müddət əvvəl həyətinin hasarına "Ya Hüseyn" yazan Şəhla adlı qadının. İrançılar səfirliyə bu hücumun ingilis xüsusi xidmət orqanlarının əl işi olduğunu iddia edirlər. Onda belə çıxır ki, Şəhlanı da təlimatlandıran ingilislərdir? Elədirsə, İrançılara bağlı sosial şəbəkə səhifələrində niyə ingilis agentinin videoları təbliğ olunurdu? Yoxsa İranın özü də ingilislərin agent-dövlətidir? Heydər Oğuz Teref.az