Azərbaycanın faciəsi Borçalıdanmı başlayır??

16-08-2022, 09:48           
·Azərbaycanın faciəsi Borçalıdanmı başlayır??
Ötən həftə sosial şəbəkələrdə millət vəkili Fazil Qəzənfəroğlunun “ Azərbaycanın faciəsi Borçalıdan başlayır” adlı yazısının qızğın müzakirələri, ona qarşı Gürcüstandan olan fəalların və din xadimlərinin təpkisi,Bakıdakı bəzi Gürcüstan əsilli siyasi şərhçilərin kəskin tənqidi və “ Soydaş” İctimai Birliyinin müəllifi müdafiəsi ilə yadda qaldl. Əvvəla onu qeyd etmək istəyirəm ki, Borçalı və onun haqqında fikir yürütmək heç kəsin monopoliyası deyil. Biriləri deyir:-“ Fazil kimdir ki, Borçalı haqqında yazır?” Xeyr. Hər bir millətini sevən adam onun nümayəndələrinin yaşadığı bölgə haqqında fikir və təklif söyləyə bilər. Pis odur ki, hamı ağzına su alıb dursun. Hər bir söylənən fikirdə çox faydalı və səhv tərəflər ola bilər. Fazil Qəzənfəroğlunun yazısında düzgün olaraq Gürcüstanda Azərbaycan əleyhinə din pərdəsi altında müəyyən qrup gənclərin yetiştirilməsi qeyd olunur. Bunu ötən aylarda Gürcüstanlı siyasətçi Fazil Əliyevin təbirincə desək “ iran kəşfiyyatının qara eynəkli agent polkovniklərinin” təlimatı ilə Azərbaycan Respublikası Səfirliyi qarşısında bir qrup “azərbaycanlı dindar gəncin aksiyası”, dövlətimiz əleyhinə səsləndirdikləri şüarlar da sübut edir. Bəli, bu faciədir. Əlbəttə, Gürcüstanda bütün dindarlar belə deyil. Çox sayda əsil dinli, imanlı din xadimlərimiz və dindarlarımız var və böyük sayğıya layiqdirlər. Amma iran kəşfiyyatının təlimatı ilə bir qrup “ yalançı din xadiminin” gəncləri Azərbaycan dövlətinə qarşı qışqırtması faciədir. İndi keçək Fazil Qəzənfəroğlunun səhvinə. O yazır: Tiflistəki çadralı qızları görəndə Danabaş kəndinin Zeynəbini xatırladım. Amma iş orasındadır ki, üzü Gürcüstana tərəf yola düşən hər soydaşımız “ danabaş” deyəndə ilk olaraq Borçalı kökənli gənc siyasi şərhçi Turab Rzayevin təbirincə desək “ Sınıq Körpü sərhəd keçid məntəqəsində soydaşlarımıza zülüm edən danabaşları xatırlayır”. Bəli öz soydaşına, onun milli kimliyinə hörmət etməyən sərhədçi və gömrükçü danabaşları. “ Sınıq Körpü” SKM 30 ildir ki, faciəmiz olaraq qalır. Həm də tək Gürcüstanlı soydaşlara münasibətləri ilə yox. Yadımdadır 2015 ci il Bakı İdman Oyunları ərəfəsində Gürcüstandan Bakıya quru yolu ilə gəlirdim. Gürcüstan SKM-ni cəmi 3-4 dəqiqəyə keçdikdən sonra gəldik Azərbaycan tərəfin “postuna”. Yüzlərlə adamı plastmas profildən düzəldilmiş “ağıla” doldurub 39*istidə “ sauna” təşkil etmişdilər. Hətta istiyə dayana bilməyib huşunu itirənlər, geriyə təcili yardımla aparılanlar da oldu. Nə var, nə var bir qruo “danabaş” Bakıdakl nəvəsinə 5 yumurta və ya bir kasa kənd qaymağı aparan nənələrin çantasını eşələyir. Qarşımda Ukraynadan və Çexiyadan olan kiçik turist qrupu var idi. Çexlərin barazı qışqırtılarını anlamasam da, ukrainlərin”що вони таким чином хочуть прославити свою країну?” dediklərindən anladım ki, bunlar bu şəkildəmi öz olkələrini məşhurlaşdıracaqlar deyirlər. Bəli. Faciənin biri sərhədlərimizdən başlayır. Digər faciəmiz odur ki, tək Borçalıda deyil, Gürcüstanın digər bölgələrində, eləcə də Rusiyada, Dəmir Qapı Dərbəndimizdə, Təbrizdə,Sulduzda, Hələbdə, Mosulda və s. yaşayan soydaşlarımızla əlaqələr yox səviyyısindədir. Azərbaycan dövləti, Prezident Gürcüstandakı soydaşlar üçün çox böyük yardım proqramları açmışdır. Amma bir faciə də odur ki, bir zamanlar Nazim İbrahimov kimi və bir çox Borçalı əsilli kurator məmurlar kimi vicdansızlar, eləcə də SOCAR rəhbərliyindəki acgözlər bu işlərə xeyli kölgə salmışlar. Yardımların 30% i ünvana çatsa da 70% ni yeyib dağıtmışlar.
Son olaraq onu demək istəyirəm ki, heç kəs, heç kəsi susturmağa çalışmasın. Gürcüstandakı bəzi fəallar deyir ki, Fazil bəy qonşu dövlətin daxili işlərinə qarışır. Amma nəzərə alaq- Azərbaycan və Gürcüstan təkcə qonşu deyillər, strateji müttəfiq və qardaşdırlar. Əgər bir qardaşın ərazisində o biri qardaşa qarşı səfirlik qarşısında yürüş keçirilirsə, qardaşcasına demək olar ki, əzizim bəzi tulalar mənim soydaşım olan gəncləri mənə qarşı qışqırdırlar. Onların ipini yığ. Burda pis nə var ki? Ona görə də, gəlin hamının fikrinə hörmətlə yanaşaq. Oradan yaxşı tərəfləri tətbiq edək. Pis tərəfləri dostcasına tənqid edə bilərik. Ümidvaram ki, hər şey gözəl olacaq. Qardaşlığımız daha da mehriban olacaq. Son zamanlar Gürcüstana təyin olunmuş səfirimiz Faiq Quliyevin düzgün addımları, cəmiyyətin müxtəluf təbəqə və cərəyanları ilə apardığı fəal iş gürcü xalqı və soydaşlarımızla münasibətlərin çox yüksək səviyyəyə qaxmasına səbəb olacaq!
Natiq Humbətov
Teref.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.