ABŞ-Rusiya ədavətinin YENİ ÜNVANI: Vaşinqton ilk dəfə olaraq bu bölgəyə...

28-08-2022, 11:35           
ABŞ-Rusiya ədavətinin YENİ ÜNVANI:
Amerika Birləşmiş Ştatları Rusiya Silahlı Qüvvələrinin Arktikada fəallığının artması fonunda tarixində ilk dəfə olaraq planetin bu hissəsinə səfir təyin etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın Arktikadakı səfiri daha 7 Arktika ölkəsi - Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Rusiya Federasiyası ilə əlaqə saxlayacaq. Diplomat həmçinin Arktika məsələlərində tərəfdaşlarla ünsiyyətə cavabdeh olacaq.

ABŞ-ın dövlət katibi Entoni Blinken daha əvvəl demişdi ki, Arktika regionunda sülh və sabitlik ABŞ üçün çox vacibdir və prioritetdir.

Amerika diplomatiyasının rəhbəri əmin edib ki, yeni səfirin namizədi tezliklə təsdiq üçün Senata təqdim olunacaq.

Mütəxəssislər ABŞ-ın Arktikaya səfirinin təyin edilməsinin Rusiya Federasiyasının şimal enliklərində hərbi proqramlarının aktivləşdirilməsi və Çin tərəfindən Arktikada elmi stansiyaların yaradılması ilə üst-üstə düşməsinə diqqət yetirirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.