Çox şey hələ yeni başlayıb - Axır nöqtəni ya diplomatik yada hərbi yolla qoymalıyıq...

29-08-2022, 21:28           
Çox şey hələ yeni başlayıb -
Münaqişənin aktiv fazası bitsə də, qalıqlar var və davam edəcək. Münaqişənin qalıqları zaman-zaman müxtəlif formalarla qarşımıza çıxacaq. Yəni kimsə 1988-ci ildən başlamış və 30 ildən çox davam etmiş düşmənçiliyin qısa zamanda bitməsini gözləməsin. Buna heç tərəflərin cəmiyyətinin düşüncəsi də imkan verməyəcək. Çünki hər iki tərəfdə çoxlu sayda pupulistlər mövcuddur və onlar düşmənçiliyi körükləyəcəklər. İki dövlət də müstəqillikdən sonra normal cəmiyyət yetişdirmək yerinə, maraqlarına xidmət edən toplum yetişdirib. Ona görə də proseslər sivil formada, qarşılıqlı anlaşma ilə çətin həll olunsun.
Azərbaycan tərəfinin qarşısında çoxlu məsələlər durur. Bunlardan birincisi işğaldan azad edilməmiş digər bölgələrdir ki, ora Rusiya sülhməramlılarının nəzarəti altındadır. Azərbaycan keçmiş Dağlıq Qarabağda hakimiyyətini bərqərar etmək üçün qarşı tərəfə təzyiqlərini artırmalıdır. Bəzən belə bir fikir ortaya atılır ki, ruslar ərazidən çıxmalıdır. Hesab edirəm ki, bunu həm Rusiya istəməyəcək, həm də məntiqlə mümkün deyil. Çünki Azərbaycan dövləti həmin ərazilərdə hakimiyyətini bərqərar etdikdən sonra 30 illik düşmənçiliyin arasında hansısa qüvvə olmaq məcburiyyətindədir. Fərqi yoxdur, bu, Rusiya olacaq, ya da başqa ölkələrin sülhməramlıları, mütləq məsələ bitənə qədər arada dayanan olacaq. Ermənisiz Qarabağ absurd yanaşmadır. Heç haqlı olduğumuz məsələləri sübut edə bilmirdik…
Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, insan amili nəzərə alındığı üçün Xankəndiyə girilməyib. Bu o deməkdir ki, müharibə vaxtı hərbi əməliyyatla Xankəndi variantı gerçəkləşməyibsə, indi antiterror, xüsusi əməliyyatla heç gerçəkləşə bilməz. Açığı, Xankəndi məsələsində insan amili məsələsi o qədər də inandırıcı deyil. Çünki Hadrut da işğaldan azad edilən zaman orada kifayət qədər insan olub. Demək ki, bu işin içərisində başqa iş var idi. Yəni Hikmət Hacıyevin mesajından həm də onu anlamaq lazımdır ki, Azərbaycan tərəfi Xankəndi məsələsini həll etmək üçün hərbi yox, diplomatik sahədə baş sındırmalı olacaq.
Azərbaycan tərəfinin qarşısında duran digər məsələ isə erməni əsilli əhalisyə şəxsiyyət vəsiqələrinin verilməsidir. Azərbaycana ermənilər tərəfindən Şuşada işləmək üçün müraciətlər də olub, vətəndaşlığa keçmək istəyənlər də. Ancaq məsələ ondadır ki, separatçı rejimin nümayəndələri həmin şəxsləri sıxışdırır, təhdid edir. Onların gözünün qorxmaması üçün Azərbaycanla yanaşı, sülhməramlı tərəfinin də üzərinə ciddi iş düşür. Bunun həll edilməsi isə zaman alacaq.
Ordunun aktivliyi hələ ki diplomatların passivliyini arxa fonda qoyub. Bundan sonrakı proseslərin sürəti diplomatların nə qədər aktivlik nümayiş etdirməsindən asılı olacaq.
Alınacaq mı, zaman göstərəcək…
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru