Bu gün Azərbaycan və Ermənistan rəsmiləri görüşəcək

30-08-2022, 09:51           
Bu gün Azərbaycan və Ermənistan rəsmiləri görüşəcək
Bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

Tərəflər nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Nikol Paşinyanın müavini Mqer Qriqoryandır.

Dövlət rəsmilərinin ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru