Sumqayıtdakı sertifikasiya imtahanı eynən məşhur lətifədəki kimi azərbaycanlıdan "Banqladeşin paytaxtının kənar küçəsində axırdan ikinci evdə yaşayan kişinin üçüncü oğlunun adı nədir?"sualının cavabını soruşmaqdı

31-08-2022, 18:10           
Sumqayıtdakı sertifikasiya imtahanı eynən məşhur lətifədəki kimi azərbaycanlıdan
Təhsil Nazirliyinin bu gün Sumqayıt şəhərində ibtidai sinif müəllimləri üçün keçirilən sertifikasiya imtahan oyunu çox biabırçı, həddindən artıq qərəzli və çaşdırıcı olub. Bilərəkdən müəllimləri çaşdırıb imtahana səhv sual salıblar ki, ibtidai sinif müəllimləri 50+bal toplayıb 35 faiz artıq əmək haqqı almasınlar.
Demək bu üsulla müəllimlərə təsir edirlər. Nəticə isə göz qabağındadır. Dünəndən bu günə imtahanda huşunu itirən, özündən gedən, epilepsiya xəstəliyi tapanların videoları sosial şəbəkələrdədir.
Bu sertifikasiya eynən məşhur lətifədəki kimi azərbaycanlıdan "Banqladeşin paytaxtının kənar küçəsində axırdan ikinci evdə yaşayan kişinin üçüncü oğlunun adı nədir?"sualının cavabını soruşmaqdı. Başqa heç nə.
Əgər müəllimlərin əmək haqqını qaldırmaq istəmirdinizsə, açıq deyərdiniz ki, istəmirik. Bu nə hoqqadır? İmtahana səhv sual salmaq nə deməkdir? Hələ bir etiraf da edirsiniz ki, sualda texniki səhv olub??? Minlərlə müəllimin həyəcanla, streslə, dərman içə-içə hazırlaşdığı, qorxu içində imtahana girdiyi halda imtahana səhv sual salıb müəllimləri iflic edirsiniz????
Təhsil Nazirliyi etiraf edir ki, bəs ay camaat üzürlü sayın, imtahanın 30-cu sualında Texniki səhv olub, sualın cavabını səhv yazmışıq.
Texniki səhv nəyə deyirsiniz? Partlayış olub? Fövqəladə vəziyyət yaranıb? Zəlzələ olub? Küçədə kanalizasiya daşıb????? Hamamda şlank partlayıb?
Bu nə biabırçılıqdır? Bilə bilə səhv sualı imtahana salıb müəllimləri çaşdırmaq nə deməkdir? Sizin o təhsil ekspertlərinizin bilərəkdən imtahana səhv sual salması nəticəsində minlərlə müəllimin keçirdiyi stresə görə kim cavab verməlidir.????
Artıq qəbul etmişik ki, orta məktəblərdə 5 ci sinifdən yuxarı şagirdlərə dərs keçirilmir, hamı yola verir ki, gənc nəsil kütləşsin, kütbeyin olsun. 5 ci sinifdən sonra bütün valideynləri məcbur edirlər ki övladı üçün repititor tutsun, əlavə xərc çəksin, övladına təhsil versin. Bunu anlayıb və qəbul etmişik. Heç olmasa ibtidai sinifləri kor eləməyin. Onlara stres yaşamayın, heç olmasa uşaqlar əlifbanı və vurma cədvəlini öyrənirlər. Bunu da yox da!!!!!
Cənab Emin Amrullayev , bu məsələ barədə ölçü götürüləcək? Belə çıxır ki, imtahan suallarının hazırlanmasına cəlb edilən təhsil ekspertləri də savadsızdır? Savadsız ekspertləri niyə bu prosesə cəlb edirlər? Bilmək olar məqsəd nədi?
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin çox hörmətli müdiri, keçmiş jurnalist #CəsarətValehov cənabları da deyir ki, səhvdi də olub, bir sualda səhv olub, həmin sualı hər müəllimə doğru cavab kimi hesablamışıq, vəssalam!
Vəssalam? Bu məgər Sumqayıtın kolxoz bazarından qarpız almaqdı ki biri pis çıxa aparıb qaytarıb təzəsini alasan? Bazar işlədirsiniz yoxsa insan taleyi ilə oynayırsınız? Dünən və bu gün həmin səhf suallarla stres yaşadığınız yüzlərlə müəllimdən 15 gün sonra hansı tədris gözləyirsiniz?Xəbəriniz varmı ki, verdiyiniz 2 ay istirahəti müəllimlərin bəbəyindən necə gətirmisiniz? 10 ay dayanmadan hərəsi bir ailədən çıxan 30 azyaşlının nazı ilə oynayıb onlara təhsil və tərbiyə verməyə çalışan müəllimlər imtahandan kəsilmək qorxusundan 2 ayda necə streslə imtahana hazırlaşıb? 2 aydı müəllim özünə müəllim tutub imtahana hazırlaşır ki, 2 aydan sonra onun imtahanına səhv sual salıb havalandırasınız?
Samir Əli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru