Putinin siçovulla MƏŞHUR ƏHVALATI

9-09-2022, 17:00           
Putinin siçovulla MƏŞHUR ƏHVALATI
Rusiya prezidenti Vladimir Putin və siçovul haqqında məşhur bir hekayə var.

Bunu Putin özü danışıb. Əhvalat Rusiya prezidenti uşaq olarkən baş verib. O, evin ətrafında rastladığı siçovulu, nəhayət, küncə dirəyib. Lakin sonra siçovul Vladimirə hücum edərək dişləməyə çalışıb.

Putinin sözlərinə görə, bu təcrübə ona öyrədib ki, “hər döyüşdə finiş xəttinə qədər vuruşmaq lazımdır” və “geri çəkilməyin mümkünsüzlüyündən çıxış etmək lazımdır”.

Qərb siyasətçiləri tez-tez bu hekayəyə istinad edərək deyirlər ki, guya Putin heç vaxt geri çəkilmir və küncə qısılanda xüsusilə təhlükəli olur.

Rusiya prezidentinə bu baxış Qərbdə çoxlarını Putinin Ukraynada biabırçı məğlubiyyətlə üzləşəcəyi təqdirdə daha qəddar və dağıdıcı addımlar atacağı, hətta kimyəvi və ya nüvə silahlarına əl atacağından qorxmağa vadar edib.

Görünür, Qərbin Ukraynaya ərazilərindən imtina etməsi və Rusiya ilə müharibəni bitirmək üçün güzəştə getməsi təzyiqinin arxasında həmin fərziyyə dayanır.

Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şolz , hətta NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə Avropanın “etibarlı danışıqlara” və “diplomatik həll yollarına” ehtiyacı olduğunu bildiriblər.

Makron bunu belə ifadə edib: “Biz Rusiyanı alçaltmamalıyıq ki, hərbi əməliyyatların dayandığı gün diplomatik yollarla çıxış yolu qura bilək”.

Lakin bütün bunlar Rusiya prezidentinin öz ətrafında uğurla yaratdığı və bir çox Qərb siyasətçilərinin çox asanlıqla qəbul etdiyi miflərin bir hissəsidir.

Populyar inancın əksinə olaraq, Putin güc və qətiyyətlə qarşı-qarşıya qaldıqda eskalasiya* etmək əvəzinə geri çəkilir.

Diqqətçəkən nümunələrdən biri 2015-ci ilin noyabrında Türkiyənin Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiyanın Su-24 qırıcısını vurmasıdır. O zaman bunun Rusiya ilə NATO üzvü arasında birbaşa münaqişəyə çevriləcəyi ilə bağlı geniş qorxular var idi. Lakin Putinin cavabı mülayim oldu.

Moskva Türkiyədən idxal olunan mallara kiçik ticarət sanksiyaları tətbiq etdi və Rusiyadan Türkiyəyə məşhur turları dayandırdı.

Bir neçə aydan sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kremlə üzrxahlıq göndərməsi ilə həmin kiçik tədbirlər də aradan götürüldü.

Rusiya və Türkiyə arasında son bir neçə atışma, Ərdoğan və Putinin uzun sürən vətəndaş müharibəsində əks tərəfləri dəstəklədiyi Liviyada sona çatdığı görünür.

1. Türkiyə Rusiyanın “Vaqner” ÖHŞ muzdlularını qovanda
2020-ci ildə Türkiyə qüvvələri Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdlularından ibarət qrupun yerləşdiyi Əl-Vatiya strateji hərbi bazasına hücum edərək, onları texnika və silahlarını atıb qaçmağa məcbur etmişdi.

Bu hadisə Liviya Milli Ordusunun (LNA) geri çəkilməsinə səbəb olan kritik amil idi. Ən azı Türkiyə hərbçiləri orada olduğu müddətdə Tripolini güc yolu ilə almaq mümkünsüz oldu.

2.ABŞ Rusiyanın “Vaqner” ÖHŞ muzdlularını məhv edəndə
ABŞ-ın 2018-ci ildə Suriyanın şimalında keçirdiyi hava hücumu nəticəsində Rusiyanın “Vaqner” ÖHŞ-nin bir neçə muzdlusunu öldürülüb.

Təxminən eyni vaxtda, 2018-ci ilin fevralında Həşəm döyüşündə Rusiya muzdluları ilə Amerika qüvvələri arasında birbaşa toqquşma baş verib. Nəticədə “Vaqner” qrupu ilə əlaqəli bir neçə rus hərbi podratçısı öldürülüb.

Kreml o zaman ritorik bəyanat belə verməmişdi.

Onun ABŞ-la apardığı konfrontasiya ilə öyünməsinə baxmayaraq, söhbət Rusiya və Amerika qüvvələri arasında ölümcül münaqişəyə gəldikdə, Putindən ritorik reaksiya az oldu.

Ukraynada baş verən hadisələr də “ardıcıl qərarlı Putin” ideyasına ziddir.

Ukraynada rejimin dəyişdirilməsi kimi ilkin (və iddialı!) hədəfinin fəlakətli iflasa uğradığını anlayan Kreml planlarına yenidən baxdı və daha təvazökar bir məqsəd elan etdi: Donbasın “azad edilməsi”.

Bu, qələbə qazanmağın asan yoludur: sadəcə olaraq, qələbə adlandırdığınız şeyi dəyişdirin.

3. Putin daxili siyasətdə də geri çəkilir
Kifayət qədər güclü müqavimətlə üzləşən Putin hökmranlığının demək olar ki, mütləq olduğun Rusiyanın daxili siyasətində də geri çəkilir.

Ən məşhur nümunə 2005-ci ildə olub. O zaman Putin imtiyazları – pulsuz ictimai nəqliyyat, mənzil subsidiyaları, yaşlılar üçün reseptlə verilən dərmanlar, həmçinin aylıq nağd ödənişləri aradan qaldırmağa çalışmışdı.

Həqiqətən kütləvi etirazlarla üzləşən Putin tez geri çəkildi.

Ən son nümunə isə rusiyalı jurnalist İvan Qolunovdur. O, narkotiklərlə bağlı cinayətlərdə ittiham olunub. Lakin 2019-cu ildə Moskvada keçirilən və böyük media xadimlərinin də iştirak etdiyi etiraz aksiyaları nəticəsində azadlığa buraxıldı.

Putinin heç vaxt geri çəkilməyəcəyi ilə bağlı yanlış inanc yalnız onun marionetləri tərəfindən təbliğ edilsə də, bu, Rusiyanın təcavüzü qarşısında Qərb rəhbərlərinin təmkinli davranmasına kifayət elədi. Ən bariz nümunə 2014-cü ildə Rusiyanın eskalasiyasından qorxan ABŞ-ın Ukraynaya Krımın ilhaqına müqavimət göstərməməyi tövsiyə etməsidir.

Bu gün Putinin nüvə eskalasiyası ilə bağlı daim pərdələnmiş təhdidləri məhz Qərbin qorxularını gücləndirmək üçün nəzərdə tutulub və Ukraynaya hücum silahlarının çatdırılmasını gecikdirməklə artıq ziyan vurub.

Lakin ümumilikdə götürdükdə, Putinin Ukraynada küncə sıxışdırılma təhlükəsi yoxdur.

Bütün telekanallara dövlət kontrolu sayəsində Putin rusların müharibə ilə bağlı fikirlərinə möhkəm nəzarət edir. Lazım gələrsə, o, iki-üç həftə ərzində həm təxminləri, həm də sorğu nəticələrini dəyişə bilər.

Məsələn:
● 2015-ci ilin sentyabrında rusların 69 faizi Suriya prezidenti Bəşər Əsədə birbaşa hərbi yardımın əleyhinə olduğunu bildirib.

Cəmi bir neçə həftə sonra, 2015-ci ilin oktyabr ayının əvvəlində rusların 72 faizi Rusiyanın Suriyanı bombalamasına dəstək verdiyini bəyan etdi.

● Eynilə, sorğuda iştirak edən rusiyalıların 45 faizi 2021-ci ilin noyabrında Ukraynaya müsbət, 43 faizi isə mənfi rəy verib.

Fevral ayına qədər bu nisbət dəyişib, 35 faiz müsbət və 52 faiz mənfi rəyə sahib olub.

Rusiyada hər şeyin necə işlədiyini nəzərə alsaq, Putin çətin ki, öz əhalisinin gözlərində bu müharibəni uduzsun.

Qərb liderləri bəzi ümidverici əlamətlərlə Putinin eskalasiya hədələrinin boş, onun heç vaxt geri çəkilmədiyi mifinin yalan olduğunu görməyə başlayır.

Putin Qərbi iyunun 5-də Kiyevin daha uzun mənzilli silahlarla təmin ediləcəyi təqdirdə Ukraynada “hələ vurmadıqları hədəflərə zərbə endirəcəkləri” ilə hədələmişdi. Lakin ABŞ və Böyük Britaniya yenə də silah tədarükünü həyata keçirdi.

Qərbin belə reaksiyası istisna deyil, norma olmalıdır.

Ancaq təəssüf ki, hələ də Ukraynanın güzəştə getməsi və Putinə “simasını qorumaq” imkanı verməsi çağırışları davam edir. Bu tendensiya xüsusilə Avropa liderləri arasında geniş yayılıb. Onlar illərdir Rusiyanı sakitləşdirmək siyasətinə haqq qazandırmaq üçün istifadə etdikləri Putin miflərindən uzaqlaşa bilmirlər.

Lakin indi bütün dünya üçün əsas odur ki, Ukrayna lazımi dəstəyi almalıdır. O cümlədən hücum silahları, kəşfiyyat məlumatlarının mübadiləsi və diplomatik dəstək.

Məhz o zaman Ukrayna Putinin eskalasiya hədələrinə baxmayaraq, bu müharibədə qalib gələ biləcək.

Bəzən küncə dirənmiş siçovul sadəcə küncə dirənmiş siçovuldur. Üstün qüvvə və özünə əmin rəqiblə qarşılaşdıqda, o, sadəcə qaçacaq.
*Eskalasiya - bir hadisə və ya prosesin tədricən artması, güclənməsi və genişlənərək yayılması; məs.: silahlanma, hərbi təcavüz və s.
mənbə:jam-news












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru