Vilyam Hacıyevin «İmişlidə gördüyü işlər» - 40 manatlıq mobil telefon da satırlar...
13-05-2016, 21:59
Dünəndən etibarən ölkə mediasında İmişlinin icra başçısı Vilyam Hacıyevin dəbdəbəli həyat tərzi, onun bahalı aksesuarlara meyilli olması barədə məlumatlar yayılır. Elə bu gün GUNDEMİNFO.AZ-ın da redaksiyasına «şantajçılara cavab» adı altında bir zaman elə Vilyam Hacıyevi şantaj edən bir saytın «İmişlidə görülən işlər»lə bağlı hesabatı yayılıb. Və həmin hesabatı da hanısısa «zəhmətkeş» bizim ünvanımıza yollayıb.
İmişlinin icra başçısı haqda hansısa tənqidi material yazan kimi dərhal belə «eks şantajçılar» sükan arxasına keçir və başlayırlar «görülən işlər»dən danışmağa. Və həm də ən böyük fəlakət ondan ibarətdir ki, elə İmişlinin icra başçısı görməli olduğu işlərini ictimayyətə minnət olaraq təqdim edir.
İndi bir sual var - icra başçısı rayonun sosial iqtisadi-inkişafına, mədəni tədbirlərin keçirilməsi, abadlıq və təmir işqlərinə cavabdeh deyilsə, nəyə cavabdehdir. Aylıq əmək haqqısının 30 ayına bərabər olan 15 min manata mobil telefon almaqlamı öyünməlidir? Əlbəttə ki, yox.
İcra başçısı 100 min dollarlıq avtomobildə necə gəzməlidir? Asan deyil ki, o qədər «abadlıq», «quruculuq» işləri görəsən amma pulun olmaya…
Niyə olmasın ki…
Hər halda yazılanlara, və xüsusilə qeyd etmək lazımdır ki, istinadla verilən yazılara birbaşa ünvanlı olaraq, əsaslı olaraq cavab vermək lazım idi. Nə çətin şeydir ki, icra başçısına 40 manatlıq mobil telefon alıb, fotosunu çəkib «İcra başçısının işlətdiyi mobil telefon budur» deyib qarşı tərəf kimi mövqe bildirmək,...