Qələbə qazananda şəhidin də olur, qazin də olur,...
19-09-2022, 11:38

“Qələbənin sahiblənməsini biz hələ tam şəkildə bacara bilməmişik. Çoxları yenə məğlubiyyətə dartmaq istəyirlər bizi. Qələbə qazananda şəhidin də olur, qazin də olur, itkin də olur. Mülki əhali də terrora məruz qaldı”
“Biz bu torpağı xalqların birliiyi ilə talışı ilə, kürdü ilə, ləzgisi ilə, avarı ilə, ingiloyu ilə, rusu ilə, ukraynalısı ilə, türkü ilə birlikdə alırıq. Hamının bu torpağı azad etməkdə haqqı var”.
TEREF.AZ bildirir ki, bunu millət vəkili Fazil Mustafa açıqlamasında qeyd edib. Daha sonra millət vəkili deyir:
"Erməni xalqı bütünlüklə başını itirib. 200 illik zəhərlənmiş ideologiya iflasa uğrayıb, özləriniin etiraf etdiyi kimi erməni mifi dağılıb. Bir mif ki, yalan üzərində, qeyri real hədəflər üzərində qurulur, o dağılanda uşağın əlindən bağlandığı oyuncağı alanda özünü necə hiss edirsə, həmin hissi indi erməni xalqı yaşayır.”
"Qaçqın olmaq, məcburi köçkün olmaq isəmiriksə, bu prosesə dəstək verməliyik ki, Azərbaycan uğuru başa çatdırsın və Ermənistanı sülhə məcbur etsin ki, biz Naxçıvana gedib-gələ bilək, Azərbaycan bütövləşsin və həm də təhlükəsizliyini təmin edə bilsin".