Bir daha elmi potensialın "özgəninkiləşdirilməsi" haqqında

9-06-2023, 10:34           
Bir daha elmi potensialın  "özgəninkiləşdirilməsi" haqqında
İndiyədək biz ancaq hansısa əmlakın, əşyanın, avtomobilin özgəninkiləşdirilməsi haqqında eşidə bilərdik.
Artıq elmi tədqiqatın nəticələrinin də "özgəninkiləşdirilməsi", nə qədər ağlasığmaz olsa da, günümüzün reallığıdır.
Sadəcə bunun üçün Notariuslara ehtiyac yoxdur.
"Özgəninkiləşdirmə" üçün elmi institut və universitet rəhbərlərinin imzaları yetərlidir.
Ötən gün yazdığım "Tədqiqat universitetləri" ilə bağlı statusda qeyd etdiyim kimi, artıq elmi-tədqiqat institutlarının elmi potensialının universitetlərin xeyrinə "özgəninkiləşdirilməsinə" start verilib.
Qəribə görünsə də , elmi institut rəhbərləri də buna razılıq veriblər.
Ötən günkü yazıdan sonra çox müraciətlər oldu bizə, çoxları inanmaq istəmədiklərini bildirirdilər.
Təəssüf ki, cari ilin əvvəli universitetlər və elmi institutlar arasında birgə elmi tədqiqatla bağlı imzalanan Anlaşma Memorandumuna görə institutlar bütün elmi potensialı universitetlərin adına keçirməlidir.
Bəzi institut rəhbərlərinin bu Memorandumun mətnindən son ana qədər xəbərsiz olduqları da bildirilir.
Bir daha vurğulayıram ki, söhbət indiyədək mövcud olan və bundan sonra ortaya çıxarılacaq elmi nəticələrdən gedir.
Düzü, elmi institutların taleyinin bu formada başa çatacağını gözləmirdim.
Gözləntimiz birgə inteqrasiya və birgə tədqiqatlar resurslardan bundan sonra birgə istifadə, birgə elmi -tədqiqat mərkəzinə çevrilmə və s. ola bilərdi.
Elmi institutların gələcək taleyi ilə bağlı ötən ilin dekabrında başa çatmalı olan proseslərin bu cür yekunlaşmağı, necə deyərlər "aydın səmada göy gurultusu" kimi bir haldır.
Maraqlı məqam odur ki, görəsən bu cür absurd bir yanaşma kimin təfəkkürünün məhsuludur ?
Az- çox tanıdığıma görə, birmənalı olaraq bu ideyanın nazir Emin Əmrullayevə məxsus olmasına da inanmıram.
AMEA prezidenti İsa Həbibbəylinin də buna razılıq verməsi ağlabatan görsənmir.
Bəs kimlər bu məsələdə təşəbbüsçü olub?
Görəsən mövcud elmi potensialın kiminsə "Tədqiqat universiteti" statusuna qurban verilməsinin ölkənin elm və təhsil sektoruna faydası ilə bağlı hansısa bir elmi yanaşmalar, hesablamalar, analitik təhlillər olubmu?
Bu tip ifrat yaraşma, "şok terapiya" elm sahəsində milli maraqlara uyğundurmu?
Varmı belə əsaslandırılmış, elmi -analitik hesabat ?
Bəlkə həqiqətən də cəmiyyətin, bizim bilmədiyimiz məqamlar var ki, adı çəkilən addımlar strateji məqsədlər güdür. Onda bunların açıqlanması doğru olardı.
Ümid edirəm AMEA, ETN və digər səlahiyyətli qurumlar da baş verənlərin fərqindədir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.