Rusiya Zəngəzurda fəallaşdı… İran artıq orada konsulluq açıb… Bəs Türkiyə gecikmir ki?.. - HƏQİQƏTƏN DƏ...

17-06-2023, 13:24           
Rusiya Zəngəzurda fəallaşdı… İran artıq orada konsulluq açıb…
Rusiya Zəngəzurda fəallaşdı… İran artıq orada konsulluq açıb… Bəs Türkiyə gecikmir ki?..
“Bir neçə gün əvvəl Rusiya hakimiyyəti Sünikdə bir sıra təşəbbüslər həyata keçirən, açıq-aydın Ermənistanın cənub qapısında sıx mövcudluğu təmin etməyə çalışan böyük bir nümayəndə heyəti göndərib. Bizə məlumat verildi ki, “Dom Moskvı” mədəni-işgüzar mərkəzi, “Zəngəzur Mis-Molibden Kombinatı” QSC və RF Prezident Aparatının təşəbbüsü ilə bir neçə gündür ki, Qafan və Meğridə Rusiya Gününə (12 iyun) həsr olunmuş tədbirlər keçirilir. Dünən Qafanda rusca kitab evi açılıb. Tədbirdə Rusiya prezident aparatının, Moskva hökumətinin, Rusiyanın Ermənistandakı səfirliyinin yüksək rütbəli diplomatları, həmçinin regional hökumətin nümayəndələri iştirak ediblər. Xüsusilə, Vladimir Putinin ofisinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr şöbəsinin müdiri İqor Maslovun Sünikdə olması diqqəti cəlb edir”.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.

“Sünikdəki mənbələrimizin verdiyi məlumata görə, tədbirdə iştirak edən Rusiya rəsmiləri erməni-rus mədəni əlaqələrinin gücləndiyini vurğulayaraq, rus dili və ədəbiyyatının, ümumən rus mədəniyyətinin rolunun artacağını ünikdə hər kəsin rus dilini öyrənməli olduğunu vurğulayıblar. Bundan əlavə, onların dəstəyi ilə Qafan şəhərindəki Andranik Marqaryan adına 7 saylı ibtidai məktəbdə “Armat” mühəndislik laboratoriyası açılıb. Meğri xəstəxanasına tibbi cihazlar bağışlanıb.

Sünikdəki mənbələrimiz əmindir ki, Rusiya hakimiyyətinin bu fəallaşması, əslində, xüsusilə müharibədən sonra Süniki diqqətdə saxlayan, milyonlarla qrant verən, layihələr həyata keçirən Avropa İttifaqı faktoru ilə bağlıdır. İlin əvvəlində məlum olub ki, Sünik vilayətinin yaşayış məntəqələrinin infrastrukturunun inkişafı üçün bir il müddətinə Avropa İttifaqından 116 milyon avroluq dəstək veriləcək. Rusiya tərəfi əslində regionun özünə sərmayə yatırmaq qərarına gəlib və yalnız səfirin səfərləri ilə kifayətlənməyib”- materialın davamına belə deyilir.

“Rusiya nümayəndə heyəti qubernator Robert Qukasyanla da görüşüb. Maraqlıdır ki, son günlər Həkəri körpüsü hadisəsi ilə bağlı video-görüntülərdən azərbaycanlıların ərazisi rus sülhməramlılarının köməyi ilə bayraqlarını bizim ərazimizə sancmağa cəhd etdiyi məlum olduqdan sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatsa da, Rusiyanın bölgədəki fəallığı diqqət çəkir. Sünik qubernatoru da son hərəkətlərin məqsədli şəkildə Ermənistan-Rusiya münasibətlərinə qarşı yönəldiyi qənaətində olduğunu bildirib” -deyə erməni nəşri əlavə edir.

Qeyd edək ki, yaxın günlərdə Zəngəzurda – Qafan şəhərində Rusiya konsulluğunun açılması planlaşdırılır. Zəngəzuru ziyarət edən qonaqlar da onun ən qısa zamanda açılacağını qeyd ediblər.

Xatırladaq ki, Qafanda artıq İran konsulluğu açılıb.

P.S. Görəsən, Şuşada konsulluq açacağı barədə 44 günlük savaşdan az sonra məlumatlar yayılan Türkiyə ləngimir ki?..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.