Hər gün ölüm xəbəri var... həmişəkindən daha çox, daha hər gün... REKVİEM ..

19-06-2023, 10:04           
Hər gün ölüm xəbəri var... həmişəkindən daha çox, daha hər gün...   REKVİEM ..
Covidin özünü elə yaşadıq. Dəyərli insanları itirdik. Dünyanın düzəni pozuldu. Həyat dondu. Yollar bağlandı. Sərhədboyu yaşayan milyon vətəndaşımızın günü-güzəranı onsuz da pis idi, daha pis günə düşdü.
Zamanla dövlətlər qapılarını açsa da, vətəndaşına nəfəs dərdirsə də, dünya səhiyyə təşkilatı "covid bitdi" desə də... biz bitirmədik, bizim yollar açılmadı, o milyon insanın günü-güzəranı kimsəni rahatsız etmədi...
İndi də covid aşısının fəsadlarını yaşayır dünya.
Hər gün ölüm xəbəri var... həmişəkindən daha çox, daha hər gün...
Adam fb-ni açmağa qorxur... qara xəbər görəcəyindən qorxur...
Bir dərdi çəkib bitirə bilmirsən... ertəsi gün üstünə yenisi gəlir... hər gün cavan-cavan adamlar ağac kimi yerə sərilir...
Əlbəttə, biz yox... biz sorğu-sual edən xalq deyilik... amma Almaniyada yüzlərlə insan səhhətindəki pozuntuya görə biontek icad edən şirkəti məhkəməyə verib, böyük təzminatlar tələb edilir. Yüzlərlə vəkil sürəcə qoşulub.
Vaksini icad edən karı-koca Almaniyanı tərk edib. Londona yerləşiblər. Anlaşmaya görə təzminat şirkətin boynuna düşür, şirkət sahibi və vaksinin sifarişçisi Bill Qeytsdir. Onun da vəkilləri dövləti borclu çıxarıb. Çünkü adamın əlində dövlətlərin imzaladığı daşdan keçən müqavilə var. Vaksin alanlardan da könüllülük imzası alınıb: yan etkiləri ola bilər deyə. Sadalanan yan etkilər arasında iflic belə var. Belə bir sənədə imza atmışıq. İmza atmağa məcbur olmuşuq...
İstanbulda yaşayan bir doktor arkadaşım anlaşmanı oxuyub imtina etmişdi. Deyirdi, gedəcəm Bakıda pul verib aşı olmuş kimi yazdıracam. Lakin uçağa buraxmadılar, məcbur olub aşı oldu. Belə bir çarəsizlik...
Mənim də ətrafımda pulla aşı yazdıranlar az deyildi. Amma mən və mən xasiyyətdə olanlar ziyanlarına olsa belə... saxta işlərdən uzaq durarlar...
Bəşərin başına oyun açdılar... yollara, testlərə nə pullar töküldü... soyğunçuluğun yeni yolları icad edildi...
İnsanları nəinki uçağa, bazara-dükana, işə, avtobusa... küçəyə belə buraxmadılar. Hər kəs məcburən o sənədə imza atdı...
Məhbəsdən qurtulmaq üçün imza atdıq...
Əlbəttə, dövlətlərdən də zəngin olan o məlum şirkətlər "haqqın" yolunu tapacaqlar... güclülərin əlində oyuncağa çevrilmiş bəşər övladına isə "yan etkilər"... acı gözyaşları qalacaq... və qalmaqdadır...
Necə başsağlığı verəcəyimi belə bilmirəm...
Bu yazımı son günlərin vaxtsız itkiləri üçün axan göz yaşlarım kimi qəbul edin...
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.