Əhaliyə şad xəbər – Bu ərazilərdə ev tikənlərə “kupça” veriləcək-VİDEO

19-06-2023, 12:07           
Əhaliyə şad xəbər –
“Sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq regional idarələrinə olacaq. Hansısa əlavə quruma müraciət etmək, arayış alıb digər quruma təqdim etməyə ehtiyac qalmayacaq. FHN vətəndaşın müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcək”.
Bunu Real TV-yə açıqlamasında Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.O, əlavə edib ki, əgər torpaq mülkiyyətdə deyilsə və ya öz mülkiyyətində olan torpağı aşaraq qonşunun bələdiyyə torpağından istifadə edilibsə, hərracdankənar qaydada sürətli şəkildə həmin sahibkarların icarəsinə veriləcək və ya özəlləşdiriləcək.

“Təhlükəli mühafizə zolaqları sənədləşdirilməyəcək. Lakin uzun illər əkin təyinatlı torpaqda tikilən obyekt və daşınmaz əmlakların sənədləşdirilməsinə imkan tanınacaq”, – deyə Elşad Məmmədov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru