"Mənı və Azərbaycan Milli Kulinariya Mərkəzini şaiyələrə görə deyil ,gördüyümüz işə görə qiymətləndirin"

19-06-2023, 17:41           
"Mənı və Azərbaycan Milli Kulinariya Mərkəzini şaiyələrə görə deyil ,gördüyümüz işə görə qiymətləndirin"
Bəzi şeylərə aydınlıq gətirmək istəyirəm :
Mənə gəlib çatan şaiyələrə rəğmən bildirirəm .
1.Mən işdən çıxarılandan sonra mənə yalnız iki ay müqavilə əsasında Məsləhətçi qismində Dövlət Turizm Agentliyi tərəfindən ayda 1500 man . məbləğində qonorar verilib . Cəmi İKİ AY.
Bundan başqa Dövlət Turizm Agentliyindən və onlara aid heç bir qurumdan heç bir qonorar , nə heç bir ezamiyyə xərci , nə heç bir maddi mənəvi bir kömək istəməmışəm və almamışam.
Teref.az yazır ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahoir Əmiraslanov deyir. Daha sonra yazdıqlarını şərh edən Tahir bəy deyir:
2023 cü ilin martın 14 dən 65 yaşıma görə adi pensiya ( 503 man və ada görə 150 man man) alıram. Allah bərəkət versin.
Buna görə də Dövlət Turizm Agentliyinə şər atmamanızı rica edirəm.
Onlar dövlətin pulunu mənim kimilərinə xərcləməzlər.
2. Mən təqaüd yaşıma bir il qalmış Dövlət Turizm Agentliyi tərəfindən işdən çıxarılanda işçıləri toplayıb hamısı ilə halallaşdım.
İşdən çıxmaq istədiklərini bildirəndə “ Bu dövlət təşkilatıdır , maaşı da , işi də dövlət verir, bəzilərinizin kreditləri var ,bəziniz kirə pulu verirsiniz, qalın işinizdə işləyin, kim istəyər daha yaxşı iş tapar , gedər , kim də işləyə bilsə qalıb işləyər.
Orxan Fikrətoğlunu halallıq istəyəndə, qucaqlayıb halallıq vetdim ki, “ bircə işçıləri işlərindən elemə”.
Şaiyələri yayanlar çox əksik adamlardır .
Onlara qulaq verməyin .
3. Dövlət Turizm Agentliyindən , bu təşkilat yarandığı gündən özümə və gördüyüm işə qarşı heç bir kömək, hörmət görməmışəm.
Göndərdiyim təklif və məktublara həmışə mənfi cavab almışam, yalnız müqavimət görmüşəm.
4. Mənı və Azərbaycan Milli Kulinariya Mərkəzini şaiyələrə görə deyil ,gördüyümüz işə görə qiymətləndirin.
Mən oradan çıxandan sonra mənim tərəfimdən və Mərkəz tərəfindən nə iş görülübsə buna görə dəyər verin.
Mənı qaralamaqla Milli Kulinariya Mərkəzinin yaxud Turizm Agentlıyinin işləri yaxşılaşmayacaq.
Xanımlar və Cənablar sadəcə doğru işləyin və mümkünsı mənə mane olmayın !
Tahir Əmiraslanov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.