Baş redaktordan "şad" olmayan xəbərlər...- Şad olmamağa hazırlaşın...

20-06-2023, 17:51           
Baş redaktordan "şad" olmayan xəbərlər...-
Dünən yazmışdım ki, sizə “şad xəbər” verəcəm. Həmin sözü dırnaq arasında yazdım ki, biləsiz, bu ölkədə şad xəbər olmur.
- Sentyabrdan etibarən vergi rüsumlarının artırılması ilə bağlı təklif Milli Məclisə təqdim olunacaq. İndiyə qədər sadələşdirilmiş vergi üçün 4 faiz nəzərdə tutulurdu. Yeni qanuna əsasən bu rəqəm 6 faizə qaldırılacaq.
- Uşaq pulu məsələsini unudun. Hökumət bu məsələni nəinki müzakirə etmək, heç dinləmək fikrində deyil.
- Yaxın vaxtlarda (çox güman ki, payızda) DYP cərimələri artırılacaq. Buna paralel olaraq, texniki baxış, dövlət nömrə nişanları rüsumları da iki dəfə artırılacaq.
- Bu ilin oktyabrından ölkənin bütün avtobanlarında avtomobillərin hərəkəti pullu olacaq. İlkin qiymətləndirməyə əsasən Bakı-Astara marşrutu üçün 8 manat, Bakı-Qazax marşrutu üçün 20-22 manat, Bakı-Quba marşrutu üçün 5-6 manat müəyyən ediləcək.
- İyulun 1-dən etibarən İrandan Azərbaycana gətirilən və əhalinin kasıb təbəqəsinin cibinə uyğun olan ərzaq və qeyri-ərzaq məhsullarının idxalı dayandırılır. Elə zənn etməyin ki, İran malları Azərbaycana gətirilməyəcək. Əksin, bundan sonra hakimiyyətdə təmsil olunan və böyük market şəbəkəsinə malik olanlar bu məhsulları gətirəcək. Yəni, sizlər “Bravo”, “Araz”, “Bazarstore”, “Rahat” marketlərdə bu məhsulları baha qiymətə ala biləcəksiz.
- İran mallarının idxalının dayandırılmasının ardından həmin məhsulları torpdan və pərakəndə satan dükan və mərkəzlərin hamısı bağlanılacaq. Bu isə ölkə üzrə 10 minə yaxın dükan və topdansatış mərkəzinin bağlanması, 10 min ailənin isə iş yeri və qazancını itirməsi deməkdir.
P.S. Belə özününz necəsiz?
Fikrət Fəraməzoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.