İTV-nin AmCham-a üzv olması ilə bağlı paylaşılanlara baxıb məəttəl qalıram.

23-06-2023, 10:34           
İTV-nin AmCham-a üzv olması ilə bağlı paylaşılanlara baxıb məəttəl qalıram.
Açıqlamalar elə təqdim edilir ki, sanki AmCham (Amerika Ticarət Palatası) ölkədə ictimai fikir formalaşdırırmış, ictimai nüfuzu göylərdəymiş, ölkədə ictimai yaxud biznes maraqları yüksək səviyyədə dəstəkləyirmiş.
İndi onlar İTV-ni qəbul ediblərmiş ki, bu sahədə ona kömək etsinlər.
İndiyədək İTV-də və digər platformalarda biznes maraqlarını dəstəkləyən, biznes mühitin inkişafına yönələn yüzlərlə verilişlər, proqramlar olub.
Biz orada heç vaxt AmCham-ı görməmişik.
Ümumiyyətlə, 25 ildən çoxdur ki, bu sektordayam, maraqlı tərəflərin iştirakı ilə keçirilən çoxsaylı ciddi müzakirələrdə, biznes mühitin liberallaşdırılmasına yönəlik işlərdə, AmCham-ın iştirakını, hansısa bir alternativ fikrini, təklifini xatırlamıram.
Bəli, AmCham-a üzv olan, mənim də yaxından tanıdığın və hörmət etdiyim, xeyli peşəkar və təfəkkürlü insanların bu tip tədbirlərdə yaxından iştirakı, faydalı təklifləri, alternativ fikirləri çox olub.
Hətta ciddi diskussiyalar olub. Bəziləri indi də çəkinmədən sosial mediada faydalı , alternativ yazılarla çıxışlar edirlər.
Amma bunlar AmCham adından olmayıb axı. Onlar bunu öz adlarından edirlər.
Heç kimə gizli deyil , adətən AmCham dərnək xarakterli tədbirlərə, qonaqlıq tipli(əlbəttə üzvlərin hesabına) tədbirlərə, qapalı tipli görüşlərə üstünlük verib. Hansı ki bu tip addımların da biznes sektorun maraqlarının dəstəklənməsində rolu qaranlıqdır.
Ola bilər faydası olub, amma cəmiyyət bundan xəbərsizdir
Ola bilər ki, biznesimizi də dünyada tanıdırlar, ondan da məlumatsızam.
Amma ola bilər ki, AmCham biznes mühitin inkişafına , ictimai fikrin formalaşmasına təsir imkanlarını artırmaq istəyir, bu baxımdan İTV ilə əməkdaşlığı təqdir oluna bilər.
Bir daha vurğulamaq istərdim ki, fikrimcə, nəinki İTV , hətta bizim vətəndaş cəmiyyəti və biznes sektorunda elə ekspertlər, yaxud elə ictimai qurumlar var ki, onların ictimai fikrə, biznes mühitin liberallaşdırılmasına və dəstəklənməsinə təsir imkanları daha çox olub.
Düşünürəm ki, məhz onların bu istiqmətdə faydaları qat-qat çoxdur, nəinki AmCham-ın.
Odur ki, AmCham -dakı dostlar, nəsə paylaşanda xahiş edirik diqqətli olasınız
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.