Qanun layihəsi sabah müzakirəyə çıxarılacaq, amma layihənin mətni həmişəki kimi gizli saxlanılır.

24-06-2023, 10:24           
Qanun layihəsi sabah  müzakirəyə çıxarılacaq, amma layihənin mətni həmişəki kimi gizli saxlanılır.
İctimai əhəmiyyət kəsb edən yeni qanun layihəsi sabah müzakirəyə çıxarılacaq, amma layihənin mətni həmişəki kimi gizli saxlanılır.
Bu gün Milli Məclisdə “Dövlət satınalmaları haqqında” köhnə qanuna dəyişiklik müzakirə olunur.
Maraqlıdır ki, sabah da "Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
Hiss olunur ki, yeni layihə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanıb.
Yeni layihədə dövlət satınalmaları prosesinin xeyli təkmilləşdiriləcəyi, yeni yanaşmaların olacağı gözlənilir.
Lakin maraqlı tərəflər, vətəndaş cəmiyyəti hələlik bu prosesdə iştirak edə bilməyəcək. İçtirakçılıq imkanları məhdudlaşdırılıb.
Layihə Milli Məclisin saytında yerləşdirilməyib.
Yeri gəlmişkən, xatırladıram ki, ötən il BMT Azərbaycanda elektron hökumətin inkişafını olduqca mənfi qiymətləndirmiş, vətəndaşların dövlət idarəetməsində elektron iştirakçılıq imkanları məsələlərinə SIFIR bal vermişdi.
RİNN-nin, İRİA-nın diqqətinə!
BMT gələn il həmin hesabatı yenidən açıqlayacaq, dəqiq bilirəm ki, artıq indidən Azərbaycanın rəqəmsal və eGov mühitini monitorinq edib qiymətləndirirlər.
Gələn il qeyd olunan istiqamət üzrə "0" bal istəmirsinizsə, xahiş edirəm yuxarıdakıları nəzərə alın .
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.