RUSİYADA HƏRBİ QİYAM BAŞLAYIB! - Nizami ordu “Vaqner”in düşərgəsini bombaladı, Priqojin Moskvaya hücum edir! + VİDEO (Yenilənib)

24-06-2023, 08:05           
RUSİYADA HƏRBİ QİYAM BAŞLAYIB! -
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.

Bu barədə “Report” “BBC”nin Rusiya xidmətinə istinadən xəbər verir.

Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

Bundan başqa Moskvada bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

Rusiyanın “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin qiyam qaldırması barədə xəbərlər ciddiləşir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner”in Sankt-Peterburq şhəərindəki ofisinə Milli Qvardiyanın hissələri yeridilib.

Rusiyanın dövlət mediasına və teleqram kanallarına Priqojinin hər hansı açıqlamasını xatırlatmaq qadağan edilib. Priqojindən isə açıqlamalar gəlməkdə davam edir.

“Ölkəmizin rəhbərliyi ədalət sözünü unudub və buna görə də cəzalandırılacaqlar. Şoyqu Qızıl Meydanda asılacaq və Leninlə birlikdə məqbərədə uzanacaq, - deyə, o bildirib.

***

Xəbər verdiyimiz kimi, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edir.

Bu barədə şirkətə aid sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Ətraflı

“Vaqner” düşərgələrinə raket hücumu həyata keçirilib. Çox sayda qurban var. Hücuma şahid olan döyüşçülərin sözlərinə görə, arxadan zərbə endirilib, yəni hücum Rusiya Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən həyata keçirilib”, - deyə paylaşımda qeyd edilib.

“Çox sayda döyüşçümüz həlak olub. Buna necə cavab verəcəyimiz barədə qərar qəbul ediləcək. Növbəti addım bizimkidir”, - deyə şirkətin rəhbəri Yevgeni Priqojin qeyd edib.

Priqojinin sözlərinə görə, “Vaqner”in mövqelərinə hücuma şəxsən Rusiya Müdafiə Naziri Sergey Şoyqu rəhbərlik edib.

“Müdafiə naziri “Vaqner”i məhv etmək üçün əməliyyat aparmaq məqsədilə xüsusi olaraq Rostova gəlib. O, bizi məhv etmək üçün qaranlıqda artilleriyaçılardan və helikopter pilotlarından istifadə edib”, - deyə Yevgeni Priqojin vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərləri təkzib edib və yalan məlumat adlandırıb.

“Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in düşərgələrinə zərbə endirməsi ilə bağlı bütün məlumatlar və videokadrlar reallığı əks etdirmir və informativ təxribatdır”, - deyə nazirlikdən bildirilib.

Kreml sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Prezident Vladimir Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır və bütün lazımi tədbirlər görülür.

“Vaqner” özəl hərbi şirkəti Yevgeni Priqojinin son iddiaları sosial şəbəkənin Rusiya seqmentində böyük təlaşla qarşılanıb.

Oxu.Az xəbər verir ki, müxtəlif sosial şəbəkə hesablarından, sosial şəbəkə istifadəçiləri tərəfindən vəziyyətin aradan qaldırıması üçün çağırışlar edilir.

Bəziləri “Vətəndaş müharibəsi”, digərləri isə “qardaş qırğını” baş verməsindən narahatlıqlarını ifadə edirlər. Paylaşımlarda müvafiq hallara yol verilməməsi üçün “Vaqner” və Rusiya rəhbərliyinə müraciətlər edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.