Priqojin qalib gələ bilərmi? - ABŞ

24-06-2023, 11:38           
Priqojin qalib gələ bilərmi? - ABŞ
“Vaqner”in yaradıcısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyində rəhbərliyi dəyişmək cəhdi ilə silahlı üsyana başlayıb. O, hazırki üsyanını xilas yolu kimi qiymətləndirir. Amma Kreml çətin ki, Müdafiə Nazirliyi ilə münaqişədə Priqojini dəstəkləsin.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Priqojinin qiyamının onun üçün uğur qazanacağı ehtimalı azdır. Gələk, hər şeyin başlanma nöqtəsinə. “Vaqner” lideri iyunun 23-də muzdlularının arxa düşərgəsinə raket hücumunun nəticələrini əks etdirən video yayıb. Priqojin bu zərbəni vurmaqda Rusiya Müdafiə Nazirliyini ittiham edib. Lakin videonun doğru olub-olmamağını müstəqil şəkildə yoxlamaq olmur. Bu video informasiya məqsədi ilə də yaradıla bilər.

Priqojin bu videodan Rusiya Müdafiə Nazirliyinə qarşı açıq ritorik eskalasiyasına haqq qazandırmaq üçün istifadə edib və quruma qarşı tədbir görülməsinə çağırıb. O, rusları müqavimət göstərməməyə, sakit olmağa, öz evlərində qalmağa çağırıb, eyni zamanda rus əsgərlərini öldürənlərlə (Rusiya Müdafiə Nazirliyi - red.) “işini həll etdikdən” sonra Ukraynada cəbhəyə qayıdacağına söz verib. Priqojin Rusiyanın müdafiə naziri Şoyqunu vaqnerçilərin məhv edilməsi əməliyyatını şəxsən planlaşdırmaqda ittiham edib. O, əvvəlki açıqlamalarına aydınlıq gətirərək vurğulayıb ki, onun addımı “çevriliş” yox, “ədalət yürüşüdür”, - məlumatda deyilir.

Qeyd olunur ki, Rusiyanın daxili təhlükəsizlik qüvvələri Priqojinin bəyanatlarına və ilk növbədə Moskva və Rostovda vaqnerçilərin mümkün hərəkətlərinə cavab olaraq gücləndirilib:

“Kreml Priqojinin addımlarına qarşı çıxır. Moskvada təhlükəsizlik tədbirlərini gücləndirib, vəziyyətlə bağlı Rusiya Qvardiyasının xüsusi təyinatlı polis bölmələri (OMON) və xüsusi əməliyyat reaksiyası (SOBR) bölmələri hazır vəziyyətə gətirilib. Rusiya mənbələri Moskva küçələrində hərbi texnikanın hərəkətini əks etdirən kadrlar yayıb. Rusiya hərbi qulluqçuları və hüquq-mühafizə orqanları Rostov-Donda Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında, FTX zabitləri isə Moskva-Voronej-Rostov magistral yolunda hərbi postlar və nəzarət-buraxılış məntəqələri qurublar. Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Qrom” bölməsi də hazırlıq vəziyyətinə gətirilib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.