"Killerlər ya yoldadır, ya da hazırlaşmaq əmrini alıblar."

26-06-2023, 10:54           
"Killerlər ya yoldadır, ya da hazırlaşmaq əmrini alıblar."
Kreml sahibi Vladimir Putin qisasçıdır, düşmənlərini bağışlamır, keçmiş xəfiyyələr Litvinenkonun, Skripalın Londonda zəhərlənmələri, oliqarx Berezovskinin eyni şəhərdə müəammalı ölümü buna sübutdur.
Priqojin Putinin imicinə daha ağır zərbə vurub. Kreml sahibi onu öldürməyənə qədər sakitləşməyəcək.
Kreml sahibi Priqojinin Rusiyanın iki şəhərini döyüşsüz təslim almasını, “Moskvaya gəlirəm” hədəsini səsləndirməsini, “Vaqner”in onlarla pilotun ölümüylə nəticələnən bir təyyarə, bir neçə helikopteri havada vurmasını unutmayacaq.
Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojini əfv etsə də, bu müvəqqəti xarakter daşıyacaq, killerlər ya yoldadır, ya da hazırlaşmaq əmrini alıblar.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru