Qiyam Putinin oyunu deyildi, qulun ağasına üsyanı idi! - Siyasi təhlil

27-06-2023, 00:08           
Qiyam Putinin oyunu deyildi, qulun ağasına üsyanı idi! - Siyasi təhlil
Artıq bir neçə gündür ki, “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin hərbi qiyamı dünyanın bütün təbəqələri arasında geniş müzakirələrə səbəb olub. Adi təaksi sürücüsündən tutmuş siyasətçilərə , dövlət liderlərinə qədər hər kəs gündəmdəki bu mövzunun pərdəarxası olaylarını çözməyə çalışır.

Bu mövzuda da insanlar 2 qrupa bölünür. Bir qiyamın gerçək oldunu deyənlər, bir də bunun Putin tərəfindən səhnələşdirldiyini iddia edənlər!

Gəlin, bir də bizim baxış bucağımızla hadisələri araşdıraq

Putinin səhnələşdirdiyi deyilən qiyamı dünya əslində əsl qiyam kimi gördü. Çünki bu haqda nə İsrailin, nə Böyük Britaniyanın, nə də ABŞ-ın kəşfiyyat idarələri məlumatlı deyildi. Dünya bilir ki, Rusiyanın hər köşəsində olan bu 3 kəşfiyyat cüzi miqdarda da olsa məlumat haqqında bilməli idi. Əgər doğrudan da söhbət “səhnələşdirilmiş qiyam”dan gedirdisə burda bir çox persona mütləq olmalıydı və heç kəs iddia edə bilməz ki, onlar xarici kəşfiyyata məlumat sızdırmayacaq! Bu mümkünsüzdür!

24 iyunda – səhər saatlarında ABŞ Dövlət katibi Entoni Blinken Kanada, Fransa,Ukrayna, Türkiyə, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın xarici işlər nazirləri, həmçinin Avropa Birliyinin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell ilə Rusiyadakı qiyamla bağlı söhbətlər apardı. Mövzu Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında da müzakirə olundu. Bilirsiniz, Blinken bu ölkələrlə nəyi müzakirə edib? Ölkənin daxilində Putinin sərgilədiyi kimi hər şey yolu ilə getmədiyini, ordunun içərisində monolitliyin olmamasını, yeni qiyamlar baş verməsinə şərait olduğunu, dövlətin bel sütununun çartladığını. Bir sözlə, Rusiyanın daxilində hər dəqiqə partlayacaq “saatlı bomba” olduğunu... Bir lider olaraq Putin ağlını o qədər itirməyib ki, quraşdırdığı oyunla zəif nöqtələrini düşmənə göstərsin! Bu plansız və spontan (heç bir xarici təsir olmadan öz-özünə meydana çıxan; bədahətən) bir olay idi. İki klanın (rus və qeyri -rus) arasında baş verən bir “mənəm-mənəmlik” azarının təzahürüdür.

Dünya Rusiyanın çoxdan içdən çat verdiyini anladı

Rusiya xarici təzyiqlərin, sanksiyaların, Ukrayna ordusunun müqavimətini dəf edə bilməməsinin , ölkədə ümidsizlik və kütləvi inamsızlığın, yaxınlaşan iqtisadi fəlakətin yarandığı bir dövrdə uğursuzluqlarının üzərinə bir də daxili çəkişməni əlavə etməsi bəzilərinə nə qədər gerçək gəlir, bilmirəm. İndi keçək, daxili sabitliyin pozulmasının nəticələrinə! Əgər iddia etdiyiniz kimi, Putin bu qiyamı səhnələşdiribsə, burdan hansı qazancla çıxacaq? Onu da deyə bilərsinizmi? Biz deyək: Daxildə hərbi qiyamın yaranması ölkədə xaosa gedən yolun açılması deməkdir. Diqqət edək: 24 iyunda Rostova “Vaqner”çilər yeridiləndə əhali nə etdi? Xatırladaq, küçənin ortasına “Putin tərəfdarları” və “Priqojin tərəfdarları”na bölünərək əlbəyaxa davaya qalxmadılarmı?Xaos bizim ölkədə də vaxtı ilə baş verib. Oğurluq, qətllər, iaşə və dövlət binalarının dağıdılması, ticarət obyektlərinə basqınlar...
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili demişkən bu qiyam Putini xeyli zəiflətdi və Ukraynanın müharibədə qələbəsini daha da yaxınlaşdırdı.

İndi deyin görək "dünya lideri" Putinə bu lazım idimı?

Priqojin Putini rüsvay etdi

Daha sonra çevriliş cəhdi nəticəsində Rusiya Müdafiə Nazirliyi 15-20 nəfər hərbçi ölüb. Söhbət "vaqner"çilər tərəfindən vurulan təyyarə və helikopterlərin göyərtəsində olan Rusiya hərbçilərindən gedir. Əhali isə bildirir ki, 100 yaxın itki verilib. Bundan başqa 180 rus hərbçisi Buqayevka sərhəd-keçid məntəqəsində “Vaqner”in hərəkətinə mane olmaqdan imtina edərək onlara təslim oldu. Sizcə, 488 gündə Ukrayna çöllərində indiyə qədər 225 580 hərbçi, 4031 ədəd tank, 7820 ədəd zirehli döyüş maşını, 4055 ədəd artilleriya sistemi, 624 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 385 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6751 ədəd avtomobil texnikası, 3482 ədəd PUA, 1259 qanadlı raket, 18 gəmi/qayıq, 557 xüsusi avadanlıq itirən Rusiyaya yeni itkilər lazım idimi?Ona da özünüz cavab verin!
Yeri gəlmişkən, Rusiya MN Ukraynada az sayda hərbçi itirdiyini deyirdi, Amma Priqojin əsl sayı deyərək Ukraynanın rus ordusunun itkisi bağlı verdiyi bilgiləri təsdiqlədi.

Putinin şəxsi uğursuzluğu: Sadiq qulunu incitmək

Elə həmin gün günorta saatlarında ABŞ kəşfiyyatı Priqojinin qiyamı barədə əvvəldən məlumatlı olduqlarını açıqladı: “Lakin xüsusi xidmət orqanları Priqojinin planları barədə susmağa üstünlük veriblər. Çünki onlar Putinə onun ətrafındakı ciddi parçalanmanın qarşısını almağa kömək etməkdə maraqlı deyildilər”
Bəli, bu uğursuzluğu dayandırmaq yox , kənardan izləmək düşmənə daha çox maraqlıdır. Putinin uğursuzluğunu görmək də sevindiricidir. Elə Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Norbert Röttgen, qiyam Putinin nüfuzuna ciddi zərbə vurdu, Yevgeni Priqojin Putinin adamı idi və onun dövlət çevrilişinə cəhdi prezidentin şəxsi uğursuzluğudur -deməklə bunu nəzərdə tuturdu.Uğursuzluğa şahid olmağı.
Məhz Priqojini Putinin adamı olmasına rəğmən, ağasının Şoyqu və Gerasimova daha güzəştli yanaşması olmuşdu. Bəzi politoloqlar iddia edirlər ki, Priqojin digər güc strukturlarından dəstək görmədiyi üçün Lukanşenko vasitəsi ilə Putinlə razılaşmağa məcbur qalmışdı. Xeyir! Ağasından incimişdi Priqojin! Bu əslində bir “hərbi çevriliş “yox, bir qulun öz ağasına qarşı ərköyüncəsinə qiyamıdır. Ağası Priqojinin “istəklərini” yetirəcəyini söz verdikdən dərhal sonra Priqoşin tamamilə sakitləşdi və ağasının əmrlərinə uydu. Elə Priqojin də əcnəbi jurnalistə cavab verərkən dolayısı ilə eyni fikri səsləndirib: "Hər şey yaxşıdır. Hər kəsi yenilədik”.

Guya, Putin Priqojinin sözü ilə Gerasimovu da, Şoyqunu da vəzifəsindən uzaqlaşdırıb cəzalandıracaq.

Hadisələr getdikcə başqa məcraya düşməsi də nəzərlərdən qaçmır. Qəddar və güzəştə getməyi sevməyən Putin Priqojini dayandırmaq üçün onunla razılaşdığını, Priqojina qarşı cinayət işinə xitam verdiyini sərgiləsə də tezliklə “Vaqner”i də, Priqojini də zərərsizləşdirəcəyi qətidir. Beləki, Rusiya Dövlət Duması özəl hərbi şirkətləri (PMC) məhbuslarla müqavilə bağlamaq imkanından məhrum edib. Yəni, bundan sonra məhkumlar yalnız Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya biləcəklər.
Bir sözlə, Putin Sovet KKB-sindən dərs almış mütəxəssislərdəndir. KKB-nin kitabında isə tələskənlik yoxdu! Mən inanıram ki, müvəqqəti olaraq, ola bilər ki, vəzifə də verilsin, bir az da irəli çəkilsin!Amma bu Priqojinə uğurlu gələcək vəd etmək deyil! Bilirsiniz, sovet höküməti doğşanı arabı ilə tutmaqda daha maraqlıdır!

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.