Rusiya öz sonunu hazırlayır - SENSASİON AÇIQLAMA

27-06-2023, 00:07           
Rusiya öz sonunu hazırlayır -
Məlum olduğu kimi, ötən günlərdə Rusiyada muzdlu hərbi qrup olan "Vaqner" rəhbərliyə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. Rusiya lideri Putin 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"i xəyanətdə günahlandırıb. Tərəflər dünən axşam saatlarında razılığa gəliblər. Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatıb. Priqojin "rus qanını tökməmək məsuliyyəti ilə" geri çəkildiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Ukraynadan ilk bəyanat prezident Volodimir Zelenskidən gəlib.

“Rusiyanın zəifliyi göz qabağındadır. Moskva öz ordusunu və muzdlularını Ukraynada nə qədər uzun müddət saxlasa, bir o qədər ağrı və problemlər yaşayacaq” - o deyib.

Xarici işlər naziri Dmitro Kuleba Rusiyanın çox güclü olduğunu söyləyənlərin vəziyyəti yenidən nəzərdən keçirmələri lazım olduğunu vurğulayıb: “Rusiya ilə dostluğu unudub, Ukraynaya lazım olan hər cür dəstəyi verin”.

Zelenskinin baş məsləhətçilərindən biri Mixail Podolyak isə Ukraynanın əks-hücumunun Rusiya administrasiyasında sabitliyi pozduğunu iddia edib: “Rusiya üçün hər şey yeni başlayır. Biz vətəndaş müharibəsinin başladığının şahidi oluruq”.

Rusiyada baş verən hadisələrdən sonra ağla gələn suallardan biri böhranın Ukraynadakı müharibəyə necə təsir edəcəyidir.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Rusiyadakı vəziyyəti Kiyev üçün fürsət pəncərəsi kimi qiymətləndirib. O iddia edib ki, Rusiya, əslində, Ukraynaya hücum etməklə öz sonunu hazırlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.