Elita Putinin acizliyini gördü, artıq onun üçün yaxın 1 ildə... VİDEO

27-06-2023, 09:34           
Elita Putinin acizliyini gördü, artıq onun üçün yaxın 1 ildə...  VİDEO
Rusiyada baş verənlərlə bağlı bir necə tezis:
- Bundan öncə və elə indi də belə hadisələr tez-tez Afrika ölkələrində olurdu, qonşu ölkələr araya girir, qan tökülməsinin qarşısını alırdı. Hətta belə ölkələrə, "banan respublikaları", deyirdilər - indi eyni hadisə Rusiyada oldu, ölkənin, Putinin onillərdi yaratdığı "maço" obrazı, "hər şeyə o nəzarət və idarə edir", tezisi çökdü,
- 23 ildir yaradılan, "xalq Putini, hakimiyyəti sevir və dəstəkləyir", tezisi də çürüdü - Putin səhər bu hadisəyə, "qiyam" deyir, ölkəni qorumağa çalışır, Priqojinin dəstəsinin qarşısına isə xalq çıxıb onları dayandırmağa çalışmır. Amma, məsələn, Türkiyədə hələ də müxtəlif suallar doğuran çevriliş cəhdi olanda Ərdoğanın bir sözü ilə yüzminlərlə vətəndaş küçəyə çıxdı,
- Son 48 saatda Kreml təbliğatçıları ciddi cəhd edərək, "müdrik Purin" obrazı yaratmağa çalışırlar, amma alınmır - O səhər "qiyam, cinayət, cəza", dediyi hadisəyə, onlarla MN-li əsgərini qətl edən, təyyarə, helikoptel vuran biri ilə axşam anlaşır, cinayət işi bağlanılır, baiskar azadlıqda qalır - bu müdriklik yox, oyuncaq dövlət, "banan respublikası" görüntüsü verir.
Nəticə: Priqojinin gələcək taleyi müəmmalıdır, amna "Mavr öz işini gördü, Mavr gedə bilər", yəni artıq bunun bir anlamı yoxdur, elita Putinin acizliyini gördü, artıq onun üçün yaxın 1 ildə (gələn il seçki ilidir) çox pis və pis ssenari görünür - pis ssenari odur ki, gedir, amma özünə "varis" təyin edib rahat dincəlməyə gedir (Borya Valodyanı təyin edən kimi), çox pis ssenarudə isə varisi elita anlaşıb təyin edir, Putin isə hər şeyin günahkarı kimi elan edilib cəzalandırılır - Putin üçün yaxşı ssenari görünmür.

Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.