Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan

27-06-2023, 15:58           
Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan
- Ermənistan arasında danışıqlar marafonu başlayıb, 3 gün davam edəcək danışıqlarda ortaya hansısa anlaşma sənədi çıxmalıdı - çünki, bu artıq 2 ci belə marafondur, əgər bu dəfə də imzalanacaq sənəd olmasa, ciddi razılaşmalar baş verməsə bu işə hansı tərəf mane olursa o Vaşinqtonun qəzəbinə gələcək. Hələlik görünən odur ki, razılaşmalara mane olan Ermənistan tərəfidir, zatən bu ölkənin, şirkətlərinin adı Rusiyaya yardımla bağlə sanksiyalara düşüb-düşür, sülhə də mane olsalar, daha ciddi təzyiqlə qarşılaşacaqlar.
Azərbaycanın danışıqlarda "yumşaq qarnı" isə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların inteqrasiyası və təhlükəsizlik zəmanəti ilə bağlıdır.
Həbri qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra onlarla dəfə hökumətə publik müraciət edib dedik ki, bu məsələdə gecikirik, inteqrasitanın "yol xəritəsinin" ən azı tezislətini açıqlamalıyıq. Hökumət heç nəyi dəyişmədən bu işi həll etmək istəyirsə, yanılır, getdikcə haqlı olduğumuz yerdə haqsız təzyiqlərə daha çox tuş gələ bilərik.
"Yol xəritəsi" illərdir çığırış etdiyimiz yeni Konstitusiya dəyişikliklərindən, yerli özünüidarə, Mer institutunun yaradılmasından, 14 İqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsindən, ədalətli seçki sisteminin və hökumətin parlamentdən çıxmasından - bir sözlə, köklü iradəetmə islahatlarından keçir.
Başqa yol yoxdur, vaxt uzatmaqla bu iş öz-özünə həll olunmayacaq, köklü sistem islahatları isə məmləkətin həm də önünü açacaq...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.