Azərbaycandan rədd cavabı alan xalq mücahidləri hara köçür? - İranın radiaktiv maddələr qaçaqmalçılığı

28-06-2023, 11:39           
Azərbaycandan rədd cavabı alan xalq mücahidləri hara köçür? -
İran hakimiyyətinə yaxın mənbənin mediaya verdiyi məlumata görə, dini rəhbərin təşəbbüsü ilə kəşfiyyat xidmətləri rəhbərlərinin Məşhəddə keçirilən görüşündə təhlükəsizlik naziri İsmayil Xətib Xalq Mücahidləri təşkilatının fəaliyyəti haqda məlumat verib.

O deyib ki, Təşkilatın Avropada nəzərdə tutuduğu işlər barədə məlumatı Avropa təhlükəsizlik xidmətlərinə çatdırıb. Bundan sonra iranlı mühacir müxaliflərə aid təşkilatların Parisdə əlaqələndirici görüşünün qarşısı alınıb. Mücahidlərin Albaniya paytaxtındakı qərargahına hücum edilib. Avropa təhlükəsizlik xidmətlərini xüsusi qıcıqlandıran məlumat o olub ki, xalq mücahidləri öz kiber ordusu vasitəsilə Avropa seçkilərinə müdaxilə edir, İran rejiminə qarşı çıxmamaqda şübhəli bilinən hər hansı avropalı namizəd əleyhinə kampaniya aparır.

O bildirib ki, Albaniya sığınacaq verdiyi minlərlə xalq mücahid tərəfdarını ölkədən çıxarmağa meyllidir. Nazir çıxışında ölkəmizin də adını çəkib. Onun iddiasına görə, Azərbaycan qrupu onları qəbul etmək istəyini rədd edərək, İsrailin onları qəbul edə biləcək yeganə ölkə ola biləcəyinə işarə edib.

Xatırladaq ki, uzun müddətdir ki, Azərbaycana qarşı kampaniyada ölkəmizin guya bu qrupla əməkdaşlıq etməsi iddia olunurdu, hətta TAP layihəsi çərçivəsində rəsmi Bakı və rəsmi Tirana arasında əməkdaşlıq, keçirlən görüşlərin də “münafiqlərlə” (xalq mücahidləri İran təbliğatı tərəfindən belə təqdim olunur-red) bağlı olduğu haqda absurd yalanlar dövriyyəyə buraxılırdı.

Türk və Tehran mediası Türkiyə polisinin sərhədi keçən bir İran avtobusunda yüksək dərəcədə radioaktivliyi olan kalifornium metalı ələ keçirdiyini yazıb.

Yayılan məlumatlara görə, qramının qiyməti təxminən 30 milyon dollar olan bu metalın miqdarı 6 qramdan çox imiş. İranın Atom Enerjisi Agentliyindəki mənbə bildirib ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyində ona qarşı yeni işin açılması ehtimalının qarşısını almaq üçün radioaktiv metalın mənbəyi ilə bağlı araşdırmaya başlayıb. Mənbənin sözlərinə görə, ilkin araşdırma bu materialların Əfqanıstandan keçməklə İrana daxil olduğunu göstərib və əlavə edib ki, amerikalılar bu metalı Əfqanıstandan hasil edirmiş.

Cəmaləddin Quliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.