Türkiyə məsələsində şirə dönən Rusiya mətbuatı və siyasi dairələri hazırki halda susmağa üstünlük verirlər

29-06-2023, 11:14           
Türkiyə məsələsində şirə dönən Rusiya mətbuatı və siyasi dairələri hazırki halda susmağa üstünlük verirlər
Türkiyə 2015-ci ildə Suriya istiqamətində sərhədi pozan Rusiya hərbi təyyarəsini vuranda Kreml Ankaraya qarşı şirə dönmüşdü. Rusiyalı rəsmilər, deputatlar və Kremlə bağlı televiziya kanallarındakı müzakirələrdə Türkiyənin ünvanına daha nələr demədilər, “boğazları ələ keçirmək lazımdır”, “Ankaraya zərbə vurmaq lazımdır”, “türkiyəli diplomatları Moskvada girov saxlamaq lazımdır” və s.
Rusiya televiziya kanalları ölən iki pilot haqqında günlərlə reportajlar yayımlayır, ailə üzvlərindən müsahibələr alırdılar, ölümlərindən sonra medallarla təltif olundular. Türkiyə Rusiyanın sərhədi pozan bircə təyyarəsini vurmuşdu, Priqojinin muzdluları isə bir günlük qiyamda ölkəsinin bir hərbi təyyarəsini, 3 helikopterini havada vurublar, onlarla peşəkar pilot və hərbçi həlak olub. Rusiyanın televiziya kanallarında muzdluların öldürdükləri pilotlar barədə bircə reportaj izləmədim, Türkiyə məsələsində şirə dönənlər hazırki halda susmağa üstünlük verirlər.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru