Moskvanın ən zəif nöqtəsi, təbliğatının ən böyük "qara dəliyi" məhz budur...

29-06-2023, 11:54           
Moskvanın ən zəif nöqtəsi, təbliğatının ən böyük "qara dəliyi" məhz budur...
Qərb-Rusiya qarşıdurmasında hər tərəfin öz arqumentləri var, amma faktlar arqumentləri "döyür" - Fakt odur ki, ABŞ-ın köməyi ilə Almaniya (müharibədən sonra AFR) Yaponiya, C.Koreya, Sinqapur kimi uğurlu modellər qurulub.
Yaxşı, SSRİ-Rusiyanın hansı uğurlu modeli var?! Kuba - Karib dənizinin cənnəti ən kasıb ölkələrdən birinə çevrilib, Şimali Koreya - BMT düyü verməsə acından ölər, post-sovet Respublikarı (Baltikyanı ölkələr xaric) - hər yerdə problem, "barıt çəlləyi", müharibələr, kasıblıq.
İndi deyəcəksiz ki, Qərbin cinayətləri olmayıbmı?! Olub, Liviya, Suriya, İraq, Əfqanıstan (burda SSRİ-nin də payı az deyil) - böyük səhvlər idi, insanlıq adına utanc hələ də davam edir.
Amma, heç olmasa, uğurlu layihələri də var, amma Rusiyanın yoxdur - Moskvanın ən zəif nöqtəsi, təbliğatının ən böyük "qara dəliyi" məhz budur...
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru