Bunun “təxribat”, və ya “təhlükəsizliklə” nə əlaqəsi var?!

29-06-2023, 15:56           
Bunun “təxribat”, və ya “təhlükəsizliklə” nə əlaqəsi var?!
Quru sərhədləri acığa düşüb, heç bir izah etmədən qapalı saxlayırlar, məsələnin “pandemiya” və “karantinlə” əlaqəsinin olmadığını artıq hamı bilir.
Qeyri-rəsmi “təhlükəsizliklə” izah etməyə çalışan hökumət üzvləri, deputatlar var – yaxşı, tutalım siz deyəndi, bəs bunun Azərbaycanın ÖZ vətəndaşlarına nə aidiyyatı var?! Xub, ÖLKƏDƏN sərhədi açmırsız, bəs ÖLKƏYƏ niyə qapadırsız?!
Məsələn, Azərbaycana təyyarə ilə gələn Gürcüstan və Rusiya vətəndaşlarını quru sərhəddən ÖZ ölkələrinə keçməyə mane olmurlar, ola da bilməzlər, başqa ölkənin vətəndaşını ÖZ ölkəsinə buraxmasan bu ciddi beynəlxalq skandal olar.
Yaxşı, bizim vətəndaş təyyarə ilə gedir Gürcüstana, geri qayıdanda ÖZ ölkəsi onu quru sərhəddən niyə buraxmasın ki?!
Bilirik, anlayırıq, bu hökumət bizi vətəndaş gözündə görmür, bizə borcu yoxdur, çünki biz seçməmişik bunları, seçməyə də imkan vermirlər, amma elementar məntiq və hüquq var – Dövlət ÖZ vətəndaşını necə ölkəyə buraxmaya bilər ki?!
Bunun “təxribat”, və ya “təhlükəsizliklə” nə əlaqəsi var?!
Heç olmasa imkan verin təyyarə ilə ölkədən gedən quru sərhədlərdən keçib ÖZ ölkəmizə gələ bilsin, insafınız olsun, bu qədər saymamazlıq olmaz axı...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.