Qurban kəsilməsi:Tanrının öz bəndəsini cinayətə sövqetmə üzərindən planladığı kriminalistik...

30-06-2023, 00:03           
Qurban kəsilməsi:Tanrının öz bəndəsini cinayətə sövqetmə üzərindən planladığı kriminalistik...
Tanrının öz bəndəsini cinayətə sövqetmə üzərindən planladığı kriminalistik sosial eksperimentin bayram edilməsi və bu rituala ilahi don geyindirilməsi 21-ci əsrdə cəhalət və mifoloji cinayətdir.
Qoyun fetişizminin kökləri şumerlərə qədər gedib çıxır. Şumerlərdə belədir: " Qoyun insanlığın vəkilidir. İnsan yaşamı üçün bir qoyun verməlidir. İnsan başı yerinə bir qoyun başı verməlidir." (Armutak 2004, 172). Şumerlərdə başqa heyvanlar da nadirən kəsilsə də ən çox kəsilən qoyun idi. Amma başqa mədəniyyətlərdə hətta insan və müxtəlif heyvanlar da qurban edilmişdir.
Vikinqlərdə, Mayalarda, İnkalarda, Finikiyada və Azteklərdə insan qurbanına rast gəlinir. Misirdə Tanrı Osiris adına təşkil edilən qurban ritualında buğa kəsilir 14 yerə paylanılardı. Qədim Misirdə qurbanların tanrıları doyurduğu düşünülürdü. Ən böyük tanrı İsis üçün də öncə dua edilər sonra qurban kəsilərdi. Bundan başqa Hititlərdə, Yaponlarda, qədim Romada qurban ritualına rast gəlinir.
Qurban bayramının təməlində yardımlaşma dayanmır. Qurban tanrı adına fədakarlığın simgəsidir. Quranda, Maidə surəsində Adəmin 2 oğlunun hekayəsi anladılmışdır ki, Tanrının qurban kəsimindən başqa bir şəkildə özünə təqdim edilən qurbandan (buğdadan) çox da könlünün xoş olmadığını, qurban ritualını yoxsullara yardım şəklində anlamadığını ortaya qoyur:
Maidə 27 :"Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər."
Ayədə açıqlıq yoxdur. Ancaq izah edilmək istənilən mövzu Adəmin oğullarından birinin qoyun kəsərək, digərinin də torpaq məhsulıarından (buğda) verərək Tanrıya qurban təqdim etmələri, Tanrının qoyun şəklindəki qurbanı qəbul edib digərini rədd etdiyidir. Qurandakı bu hekayəni Məhəmməd Tövratdan götürüb.
Tövratın Təkvin bölümündə anladılan hekayə qısaca belədir: "Adəmin 2 oğlu olmuşdur və onların adı Habil və Qabildir. Bu 2 qardaşdan biri olan Habil, qoyun otaran çobandır. Digər qardaşı Qabil isə əkinçidir. Bərabər yaşayıb gedərkən bir gün Habil otardığı sürünün ilk doğanlarından bir qoyunu Tanrıya qurban olaraq təqdim edir. Əkinçiliklə məşğul olan Qabil isə Tanrıya qurban olaraq Buğda təqdim edir. Tanrı, Habilin təqdim etdiyi kəsilmiş qoyunu qəbul edib Qabilinkini etmir. Bu hadisədən sonra Qabil qısqanclığa qapılıb Habili bıçaqla öldürür. (Tövrat, Təqvin, Bap 4,19)
Diqqət edildiyi kimi Tanrının könlünü xoş edən şey torpaq məhsulu olan buğda yox, qan axıdılaraq təqdim edilmiş "qoyun" şəklində qurbandır. Bəllidir ki, tanrı öz adına qan axıdılmasını daha düzgün görüb və bu işi yoxsullara yardım olsun deyə yox, Habilin təqdim etdiyi qurbanı xoşlamadığı üçün etmişdir. Əgər Tanrı qurban kəsməyin yoxsullara yardım üçün olduğunu demək istəsə idi bunu açıq şəkildə deyərdi.
Zaur Hetemov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.