Putin "general ovu"na çıxıb: Kimlərin kəlləsi gedəcək? - AKTUAL

29-06-2023, 19:07           
Putin "general ovu"na çıxıb:
İyunun 24-də “Vaqner” muzdlu silahlı qruplaşmasının məlum qiyamından sonra Rusiya ordusunda həbs olunan generalların sayısının gidərək artacağı ehtimal olunur.

Bildirək ki, Ukraynadakı rus ordusunun komandir müavini general Serqey Surovikinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilməsi ilə bağlı məlumat yayılıb.

Məlumata görə, general Sergey Surovikin “Vaqner” muzdlu silahlı qruplaşmasının rəhbəri Yevqeni Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı qiyam planlarından əvvəlcədən xəbəri olub.

Hazırda Moskvanın Lefortovo həbsxanasında saxlanılan Surovikinin 23 illik hakimiyyətdə olan Prezidenti Vladimir Putin üçün ən ciddi təhlükəyə çevrilən qiyamı planlaşdırmağa kömək edib-etmədiyi araşdırılır.

Xatırladaq ki, general Serqey Surovikin ötən ilin payızında Ukraynanın işğal olunan ərazilərində rus ordusunun komandir müavini təyin edilib.

Rusiya mətbuat eyni zamanda bildirir ki, yaxın zamanda rus ordusunun bir sıra yüksək rütbəli zabitlər həbs oluna bilər.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı hərbi ekspert Üzəyir Cəfərov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Serqey Surovikinin rəsmən həbs olunması ilə bağlı məlumat hələ təsdiqlənməyib:

“Amma bəzi sosial şəbəkələrdə rus generalının həbsi barəsində məlumatlara rast gəlmək olur. Hesab edirəm ki, Surovikin ifadə almaq məqsədi ilə Moskvaya aparılıb. Yalnız yaxın günlərdə və ya yaxın saatlarda Surovikin ilə bağlı hansısa qərarın veriləcəyinə şahidi olacağıq.

O ki qaldı rus ordusunda generalların həbs olunması ehtimalına, hazırda Surovikin və onun timsalında bəzi hərbçilər Ukrayna cəbhəsində Putinin üzləşdiyi müəyyən problemlərin həllində mühüm rol oynayıblar. Surovikinin cəbhədəki əhəmiyyətinin diqqətə alınması Rusiyanın generalitetində bəzi generallar tərəfindən narahatlıqla qarşılanır. Fikrimcə, Surovikinin istintaqa cəlb edilməsinin arxasında bu səbəb dayana bilər.

Əgər Surovikinin Vladimir Putini hakmiyyətdən uzaqlaşdırmaq planı olsa idi, o, başqa yollardan istifadə etməyi seçərdi. İndi mətbuatda, habelə sosial şəbəkələrdə Surovikinlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri iddia edir ki, Surovikin Priqojinə dəstək verib və onun qiyam planına şərait yaradıb. Nəzərə almaq lazımdır ki, Rusiyada son hərbi qiyamla bağlı çox müəmmalı və qaranlıq məqamlar gündəmə gətirilə bilər.

Məsələn, hazırda Rusiyanın Müdafiə Nazirliyində generallar arasında müəyyən intriqalar yaşanır. Onlar bir-birilərini hədəfə çıxartmaq üçün əlindən gələni edirlər.

Hər halda Rusiyanın dövlət rəsmiləri general Serqey Surovikinlə bağlı hər hansı məlumat verəcəklər. Əgər Surovikinin həbsi təsdiq olunarsa, bu onu deməyə əsas verir ki, rus ordusunda başda Şoyqu və Qerasimov daxil olmaqla bir çox yüksək çinli zabitlər hədəfə alınacaq və orduda təmizlənmələr aparılıcaq. Yox, əgər onun həbsi təsdiq olunmazsa, deməli, bu məsələnin arxasında başqa mahiyyət dayanır.

Qeyd edim ki, bu gün Rusiyada anarxiya hökm sürür. Yəni, rus mətbuatında şübhə doğuran hər cür məlumata rast gəlmək mümkündür. Bu tipli məlumatların tələsinə düşməmək üçün ehtiyatlı olmalıyıq”.

Ekspertin sözlərinə görə, rus ordusunda generalların həbsi prosesi davamlı ola bilər:

“Belə ki, rus ordusu Ukrayna cəbhəsində çox böyük uğursuzluqlara düçar olub, bir sıra hərbi əməliyyatların sonu ciddi itkilərlə nəticələnib.

Son hadisələr onu göstərir ki, Putinin hansı qərar verməsinə baxmayaraq proseslər onun istədiyi kimi getmir. Putinin gecə yarısı Təhlükəsizlik Şurasının iclasını keçirməsi onun ciddi narahatçılıq içində olunduğunu deməyə əsas verir.

Ona görə də Rusiyanın hərbi elitasında bir sıra generalların sıradan çıxarılacağı gözlənilir. Ukraynada aparılan müharibə səbəblərinə görə, bu prosesi hələlik dolayı yolla pərdələməyə çalışırlar. Ancaq bu, uzun müddət davam etməyəcək. Yəqin ki, yaxın zamanda bəzi hadislərin baş verəcəyinə şahidi olacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.