Ecofront Söyüdlü üzrə hökumət komissiyasının işinin nəticələrinin açıqlanmasını tələb edir

4-07-2023, 11:54           
Ecofront Söyüdlü üzrə hökumət komissiyasının işinin nəticələrinin açıqlanmasını tələb edir
Ecofront Söyüdlü üzrə hökumət komissiyasının işinin nəticələrinin açıqlanmasını tələb edir
Ecofront ictimai təşkilatı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Söyüdlü kəndi üzrə hökumət komissiyasının işinin yekunlarını açıqlamaq istəməməsi barədə həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılması üzrə müxtəlif istiqamətli tədbirlərin başlandığını elan edib.
"Onlar hətta Söyüdlüdə qızıl mədəni müəssisəsinin işindən ziyanın olmadığını bəyan edə bilməzlər, çünki bilirlər ki, belə bir şey bəyan edərlərsə, rüsvay olacaqlar", - Ecofront şərh edir.
İctimai təşkilatın aksiyalarından biri komissiyanın fəaliyyətinin nəticələrinin açıqlanması tələbilə imza toplamaqdır. İmzaların toplanması aşağıdakı platformada aparılır: https://www.change.org/.../save-soyudlu-village...
Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun sərəncamı ilə iyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış vəziyyətin monitorinqi və qiymətləndirilməsi üçün komissiya yaradılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.
İki həftə keçməsinə baxmayaraq, komissiyanın işinin nəticələri açıqlanmayıb. Turan-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidməti Qurban bayramı günlərində də komissiyanın işinin davam etdiyini bildirib.
"Götürülən nümunələr öyrənilir, analizlər aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək", - nazirliyin mətbuat xidmətinin rəhbəri deyib.
Azerbaijan International Mining Company qızıl hasilatı şirkətinin nümayəndəsi Elşad Məmmədov jurnalistlərə müsahibəsində müəssisədəki tullantıların əhalinin sağlamlığına və ətraf mühitə zərərli təsirinin olmadığını bildirib.
Hasilat Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının üzvü Fuad Həsənov Turan ilə söhbətində bu rəyə inamsızlığını bildirib.
azadliq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.