Bizim hökuməti "kövrəldəcək" hadisə: Almaniya koronavirus vaksinlərini zibilliyə atır

18-07-2023, 19:54           
Bizim hökuməti "kövrəldəcək" hadisə:
Alman mətbuatında yayılan məlumatlara görə, indiyədək 83 milyon doza koronavirus peyvəndini zibilliyə tullayan Almaniyanın ehtiyatında daha 120 milyon istifadə olunmamış vaksin var. Almaniya Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin sonunda 54 milyon doza peyvəndi ləğv edən ölkə, 2023-cü ilin birinci rübündə əlavə 29 milyon peyvəndi atıb.
Lakin faktiki rəqəmin daha yüksək olduğu güman edilir. Nazirlik bu ilin ikinci rübündə tullantıya çıxan peyvəndlərin miqdarını açıqlamasa da, dövlətlərin və səhiyyə qurumlarının peyvənd tullantıları barədə məlumat verməyə borclu olmadığını vurğuladı.

Zibilliyə atılan Covid-19 peyvəndlərinə əlavə olaraq, Almaniyanın anbarında hələ 120 milyon doza peyvənd var. Bununla belə, ölkədə peyvənd olunanların sayı kəskin şəkildə azalıb. Aİ rəqəmlərinə görə, 5 iyun həftəsində Almaniyada cəmi 268 doza peyvənd tətbiq olunub, bu rəqəm ondan əvvəlki üç həftədə isə 1462 olaraq qalıb.

Mövsümi infeksiyalara görə payızda peyvənd nisbətlərinin artacağı gözlənilsə də, bu vaksinlərin ehtiyatlarını əritməsi mümkün deyil.

83 milyon əhalisi olan Almaniyada bütün pandemiya dövründə 192 milyon doza peyvənd tətbiq edilib. Nazirliyin rəqəmlərinə görə, 2023-cü ilin birinci rübündə 29 milyon peyvəndin 5 milyon dozası "Moderna", 18 milyon dozası "BioNTech" və 6 milyon dozası "Novavax" istifadə müddəti ilə əlaqədar məhv edilib.

2022-ci ilin sonunda məhv edilən milyonlarla doza peyvəndin və ehtiyatda qalan 120 milyon doza peyvəndin də oxşar paylamaya sahib olduğu nəzərə alınsa, Almaniyanın artıq peyvəndlərdən itkisinin təxminən 4 milyard avro olduğu təxmin edilir. Avropa Birliyi qurumlarından sızan rəqəmlərə görə, Novavax peyvəndinin bir dozası 19 avro, Moderna 23 avro, BioNTech/Pfizer peyvəndi isə 19,5 avro ödəyir.

Almaniyanın ehtiyatlarında milyonlarla doza peyvəndin istifadə müddəti bitsə də, Pfizer və Avropa Komissiyası arasında əldə olunan razılaşmaya əsasən, peyvəndlərin tədarükünün növbəti illərdə də davam edəcəyi gözlənilir. Müqavilə çərçivəsində 2027-ci ilə qədər AB ölkələrinə 1,1 milyard doza peyvənd tədarük edəcək Pfizerin AB-nin tələbi ilə bu rəqəmi 260 milyon dozaya endirdiyi iddia edilib.

QEYD: Bir çox inkişaf etmiş ölkələrdə, həmçini Qərbi Avropada koronavirusla əlaqədar tətbiq edilən karantin rejimləri ləğv edilsə də, Azərbaycanda həmin karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 2-nədək uzadılıb. Maraqlıdır, ölkəmizdə karantin rejiminin uzadılması qərarı"peyvəndlərə xərclədiyimiz pullar ziyan olmasın" təfəkkürü ilə verilmiş ola bilərmi?...
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.