"İrəvanın hərəkətlərinin pislənməsini gözləyirik" - XİN

10-09-2023, 19:35           
"İrəvanın hərəkətlərinin pislənməsini gözləyirik" - XİN
“Ermənistanın düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə X sosial şəbəkəsindəki hesabında yazıb.

“Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.

Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”, – XİN rəsmisi qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.