“Jaguar” kolleksiya avtomobili telefonun səbəb olduğu gülünc qəzada məhv oldu - FOTOLAR

2-10-2024, 10:09           
“Jaguar” kolleksiya avtomobili telefonun səbəb olduğu gülünc qəzada məhv oldu - FOTOLAR
Vintaj və nadir kolleksiya hesab edilən “Jaguar XK120” idman avtomobili Alp dağlarında qəzaya uğrayıb. Qeyd edək ki, nadir “Jaguar XK120” idman avtomobili 213 km/saat sürət yığa bilən dövrünün ən sürətli avtomobilidir. İndi belə avtomobillərin qiyməti 100-200 min dollara çatır.

Sfera.az bildirir ki, idman “Jaguar XK120” avtomonili telefonun səbəb olduğu qəzanın qurbanı olub. 50-ci illərin köhnə avtomobilinə ciddi ziyan dəyib. Hadisənin videosu “X” sosial şəbəkəsində yayılıb.

Qəza Avstriya Alp dağlarında baş verib. “Jaguar XK120” kabriolet tarixi avtomobillərin “Mille Miglia Warm-Up” rallisində iştirak etməzdən əvvəl sınaqdan keçirilib.

Elsbeten yaxınlığındakı kənd yolunda “Opel Insignia” markalı avtomobil “Jaguar XK120”yə çırpılıb. Avtomobil sahibi, 23 yaşlı Macarıstan vətəndaşı mobil telefonun diqqətini yayındırdığını etiraf edib.

Toqquşma kifayət qədər yüksək sürətlə baş verib, lakin xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. “Jaguar XK120”nin sürücüsünün üz nahiyəsində sınıqlar olsa da, aldığı xəsarətlər ciddi olmayıb.


“Jaguar XK120” idman avtomobilinə isə ciddi ziyan dəyib. Avtomobilin ön hissəsi demək olar ki, tamamilə dağılıb. Avtomobilin bərpası uzun müddət və bahalı olacaq.

Qeyd edək ki, “Jaguar XK120” kolleksiyaçılar tərəfindən çox tələb olunan modeldir.

Heç kim avtomobili təmir etməkdən imtina etməyəcək, “Jaguar XK120” qiymətli kolleksiyaçı modelidir. Bu idman avtomobillərinin qiyməti 100 000 dollara çatır, modelin nadir versiyaları isə 200 000 dollardan baha olur.

“Jaguar XK120” dövrünün ən sürətli avtomobili olub. 1949-cu ildə o, 213 km/saat sürətlə dünya rekordu qırıb. İdman avtomobili 160-180 at gücünə malik 3,4 litrlik motorla təchiz edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.