Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib

2-10-2024, 00:03           
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib
Bu ilin ilk yarısında Rusiya öz ərazisində 13 min 933 xarici ölkə vətəndaşına müvəqqəti sığınacaq verib.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, Rusiyanın müvəqqəti sığınacaq verdiyi şəxslərdən 35-i Azərbaycan vətəndaşı olub.
Onu da bildirək ki, bu ilin ilk yarısında məcburi köçkün kimi Rusiyaya daxil olan 332 nəfərin 9%-i və ya 30 nəfəri Azərbaycan vətəndaşı olub.
Rusiyanın müvəqqəti sığınacaq verdiyi şəxslərin 79,4%-i və ya 11 min 63 nəfəri Ukrayna vətəndaşı olub. Ukrayna vətəndaşlarından sonra Rusiya ən çox Əfqanıstan vətəndaşlarına sığınacaq verib. Bu ilin ilk 6 ayı ərzində 933 Əfqanıstan vətəndaşı Rusiyaya sığınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru