İsmayıllıya qarşı qara piar kompaniyası: Bala daha o qara günlərə qayıdış yoxdur...
11-07-2016, 10:23
Babalarımız insanın cəmiyyətdə özünü necə aparması barəsində, necə davranması barəsində xeyli tövsiyyələr vermişdir. Bəli babalar gələcək nəsillər üçün məhz bu irsi qoyub getmişlər. Onlar deyirdilər ki, əgər bir insan yaşadığı eldə, obada, daha geniş spektr olan cəmiyyətdə sayılıb seçilmək istəyirsə, o zaman oturuşuna, duruşuna ən əsas da danışdığı sözlərə diqqət etməlidir. Babalar necə də düz deyiblər. Günümüzdə baş verənlər bu sözlərin necə də dərin məna kəsb etdiyini hər birimizə aydınladır. Bəli, insanı xarici görünüşünə görə qəbul edər, danışığına görə yola salarlar.
İnsan ömür boyu daha da hörmət-izzət sahibi olmaq üçün çalışmalıdır. Ancaq elələri də var ki, boş-boş davranışlarla, cəmiyyətə yalan ifraz etməklə cılızlaşaraq heç kim tərəfindən sayılmayacaq səviyyəyə eniblər. Çox təəssüf ki, belələri mətbuat sahəsində də var. Son günlərin daha aktual olan mövzularından biri diqqətimizi cəlb etdi. Bir həftə öncə İsmayıllı haqqında tərif dolu materiallar dərc edən sayt və portallar, qəflətən İsmayıllını pisləyəcək yazılar tirajlamağa başladılar. Qəribədir. Əcaba bu bir həftədə nə baş verdi ki, belə qənaət hasil etdiniz? Yazırsınız ki, İsmayıllıya ayrılmış dövlət vəsaitləri, icra başçısı və yaxınları tərəfindən mənimsənilib. Buna sübut göstərmək lazımdır. Ortada sübut olanda həmin cızma qara daha möhtəşəm oxucu kütləsi toplaya bilir. Əgər bu yoxdursa, deməli, ağ yalandır, qara piardır. Bəs son üç ildə rayonda aparılan quruculuq, abadlıq işlərini nədən görməzdən keçirsiniz? Bəs harda qaldı ədalət hissi? Bəs harda qaldı jurnalist tərəfsizliyi? Niyə demirsiniz ki, İsmayıllıda asfaltlanmamış küçə barmaqla sayılası sayda qalıb? Yoxsa bunları da Nizami Ələkbərov edib?
Mirdamət Sadıqovun hansı yaxın adamı var ki, milyonçu olub? Bunu ifşa etsəniz hamı sizlərə çox sağ ol deyər. Axı bu şər-böhtanlarla dolu yazılarınızla ilk növbədə öz nüfuzunuza zərbə vurursunuz. Qeyd edirsiniz ki, parkların tikintisində yeyintilərə yol verilib. Nə vaxtdan bəri icra başçısı park və xiyabanlar inşa etdirməklə məşğuldur? Güya bilmirsinizmi ki, bu işi ayrı-ayrı şirkətlər həyata keçirib? Məgər bilmirsinizmi ki, yalan danışırsınız? Cəmiyyətin gözünün içərisinə qızarmadan yalan söyləmək doğurdan da adamdan böyük istedad tələb edir. İsmayıllının turizm sektoru fəaliyyət göstərir və icra başçısının bu sahəyə heç bir aidiyyatı və təzyiq vasitələri mövcud deyil. Bunu sizlər daha yaxşı bilirsiniz. Sadəcə sizlərə sifariş verən gədalar ağına-bozuna baxmadan bunların qeyd olunmasını istəyirlər. Gərçəkdən onların sizə heç bir hörməti yoxdur. Olsa idi, belə yalanları sifarış edərək sizlərə qarşı cəmiyyətdə ikrah hissi yaratmazdılar.
İsmayıllı meşələrində və mebel sənayesində istifadəni nəzərdə tutan iddianız da iflas və olduqca ağ yalan olduğu üçün sadəcə gülüş doğurur. Bilirsiniz, reallıq hissini itirmiş adam özünə belə şər atmaqdan çəkinmir. Sizlərin nə qədər qeyri-ciddi şəxlər olduğunuz artıq çılpaqlığı ilə ortalıqdadır. Qeyd edirsiniz ki, vergilər naziri Fazil Məmmədov üçün İsmayıllıdan hər ay dərman pulu yığılır. Bəyəm Fazil Məmmədovun müalicəsi üçün lazım olan məbləği almaq üçün istinad yerləri yoxdurmu? Bir fərqindəsinizmi ki, nə boyda absurd yazırsınız? Sizlərə qalsa hamı xəstə və dövlət malını talayan dəstələrdən ibarətdir. Ölkənin hazırkı durumunu müqayisə etmək iqtidarında olmayan zehniyyətdən bundan artıq məntiq də gözləmək olmaz. Sizlər heç digər rayonların rəhbərləri ilə Mirdamət Sadıqov arasında müqayisə aparmısınızmı? Niyə vicdanlı, dürüst adamlara şər atırsınız? Hər şey cəhənnəmə, ilahi mühakimədən qorxmursunuzmu? İsmayıllı əhalisi icra başçısı Mirdamət Sadıqovu ona görə dəstəkləyir ki, o bu elin oğludur və ən əsas da ziyalı adamdır. Bütün respublikada olduğu kimi İsmayıllıda da müəyyən problemlər var. Ancaq İsmayıllıda aparılan quruculuq işləri respublikanın heç bir yerində aparılmayıb. İsmayıllıdakı sabitlik və əhaliyə maksimal qayğı heç bir rayonda yoxdur. Heç bir kəsdən hansısa arayış yaxud digər vacibat üçün rüşvət istənilmir. Toyu, yası, ev tikən və digər şəxslərə ürəkdən kömək əlini uzadan şəxsə qarşı aparılan qara piar kompaniyası inanın ki, ədalətsizliyin pik nöqtəsidir. Medya ictimai rəyin formalaşmasında ən mühüm rol oynayır. Onda gəlin medyanı şər-böhtan yazmaqla ölkə insanının gözündən salmayaq. Hansısa dividenti əldə etmək üçün medianı ləkələməyə haqqımız çatmır.
Bu günlərdə mən daha bir media rəhbəri ilə yolustu İsmayıllı rayonundan keçirdik, hər halda bəzi mətbu orqanlarda gedən yazılarla tanış olduğumuz üçün dedik bior şəhərə baxaq. Görək doğrudanda şəhər bərbad gündədir ya yox. Lakin gördüyümüz bizi həqiqətən təəcübləndirdi.İsmayıllı dinamik şəkildə böyüyən və reqionun həqiqi liderinə çevrilən bir şəhərdir. Çay içdiyimiz çayçıda bizimlə söhbətləşən şəhər sakinləri şəhər icra hakimiyyətindən danışanda onıların doğrudanda bu adama minnətdar olduğu hiss olunurdu. Onların dediyini isə Mirdamət müəllimin apardığı işlərə ə\n gözəl qiymət saymaq olar. Bir ağsaqqalın dediyi isə qulağəməzda indi də səslənir:
-Bala daha o qara günlərə qayıdış yoxdur, Seyyiud (Mirdamət müəllim, İcra başçısı) qoymaz qara qüvvələr İsmayıllını dağıtsı!
teref.az.