Banklar vasitəsilə pul köçürmələri nəzarətə götürülür - Azərbaycanda

12-07-2016, 14:15           
Banklar vasitəsilə pul köçürmələri nəzarətə götürülür - Azərbaycanda
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib.

Bu barədə "Report"a bank dairələrindən bildirilib.

Məlumata görə, müraciət MBNP-nın baş icraçı direktoru İbrahim Alışov və Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədovun adından edilib. Müraciətdə bildirilir ki, Palata rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin pul köçürmələri ilə bağlı hesabat formasını təsdiq edib. Hesabat forması aylıq əsasda quruma təqdim olunmalıdır.

Bununla bağlı, bu gün saat 14:30-da MBNP-nın inzibati binasında bankların aidiyyəti strukturunu təmsil edən əməkdaşlarının iştirakı ilə görüş keçiriləcək.

Qeyd edək ki, hesabat malların ixracı və idxalı, akkreditivlər və qabaqcadan ödənişlər, xidmətlər, gəlirlər və xərclər, cari transfertlər, kapital transfertləri, investisiyalar, hasilatın pay bölgüsü müqavilələri üzrə pul köçürmələrinə dair məlumatların təqdim olunmasını nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru