Daxili İşlər Nazirliyinin rəhbər heyətində yeni təyinat

12-07-2016, 18:43           

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışmış polis polkovniki Arzu Daşdəmirov baş idarənin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Emin Şəkinski bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru