"Relax Lerik" MMC vergi problemi ilə məhkəmə qarşısında - Bu dəfə kimi döyəcəklər...MƏHKƏMƏNİ? VİDEO

20-10-2023, 11:19           
"Relax Lerik" MMC vergi problemi ilə məhkəmə qarşısında -
Yaxınları vergi işçilərini döyən deputatın şirkəti yenə də vergi problemi yaşayır
"Relax Lerik" MMC məhkəməyə verilib.

Teref.az-ın Pravda.az-a istinadən xəbərinə görə, MMC ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsi edib.

Mahiyyəti vergi məsələləri üzrə mübahisələr olan iş hakim Şahəli Musayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd: MMC eyni adlı istirahət mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin deputat İqbal Məmmədovun yaxınlarına məxsus olduğu bildirilir.

DİA.AZ xatırladır ki, deputat İqbal Məmmədov 2019-cu ildə Lerik rayonunda yerləşən ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürməsi ilə də diqqətə gəlmişdi. O zaman yerli KİV-də yayılan xəbərdə bildirilirdi ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polislər içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru