Netanyahu: "HƏMAS-la danışıqlara qapını bağladıq" - "Mən “Böyük İsrail vizyonu”na sadiqəm"

Bu gün, 12:56           
Netanyahu: "HƏMAS-la danışıqlara qapını bağladıq" -
Qəzza zolağınıntamamını ilhaq etməklə bağlı qərar qəbul edən İsrailin baş naziri Benyamin Netanyahu aetıq HƏMAS-la danışıqlar aparmayacaqlarını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin I24 televiziya kanalına danışan Baş nazir Netanyahu HƏMAS-ı danşıqları qəsdən pozmaqda ittiham edərək, onlarla müzakirənin mənasız olduğunu deyib.

Aparıcının "Əsirlərin bir qisminin azad edilməsinə imkan verəcək mübadilə mümkündürmü" sualına isə Baş nazir belə cavab verib: "Siz Prezident Trampı eşitdiniz. O da HƏMAS-la danşıqların tükəndiyini dedi. O, bizim arxamızdadır. HƏMAS-la müzakirə vaxt itkisidir. Biz onlarla girovların azad edilməsi üçün çox uzun danışıqlar apardıq. Lakin hər dəfə son anda anlaşmaları pozdular. İndi biz bütün gücümüzlə HƏMAS-ı məhv edərək həm ölkəmizi təhlükədən birdəfəlik qoruyacağıq, həm də girovları salamat azad etməyə çalışacağıq".

İsrailin baş naziri Binyamin Netanyah hazırda özünü tarixi və mənəvi bir missiya daşıdığını deyib: "Mən “Böyük İsrail vizyonu”na sadiqəm və bunun üçün çalışıram"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru