Doğurdanmı bizim QHT sektoru layihə yaza bilmir?

20-10-2023, 15:44           
Doğurdanmı bizim QHT sektoru layihə yaza bilmir?
Dünən QHT Agentliyi 2024-cü ilin qrant qaydalarına dair informasiya sessiyası keçirib.
Bəzi iştirak edən həmkarlar zəng edərək fikirlərini bölüşdülər. Şişirtmədən səmimi olaraq deyim ki, adamlar aşağılandıqlarını bildirdilər. Onlara əməlli başlı dərs keçilib.
Kimisə öyrədib yazdıracaqlar ki, elə deyil belədi. Olsun.
Onlarla müzakirədən sonra öz-özümə bu sualı verdim: Doğurdanmı bizim QHT sektoru layihə yaza bilmir? Yoxsa bu elandakı mövzuları, oradakı şərtləri oxumaq çətindir?
Düşündüm bəlkə də orada yeni ərizə və layihə formaları təqdim olunur, monitor vasitəsilə izah olunacaq. O da olmayıb. Deyiblər ki, hələ sistemimiz hazır deyil, yaxın vaxtlarda açılacaq, orada ərizə və digər formalar olacaq.
Hələ Milli Məclis müzakirə etmədən, ölkə Prezidenti dövlət büdcəsini təsdiq etmədən Agentlik növbəti ilin büdcəsinin hansı məbləğdə təsdiq olunacağını bilir.
Demək ki, 15 illik ötən dövrdə bilmək çətin imiş, indi büdcənin nə qədər təsdiq olunacağını bilirlər.
Nə isə, sonrada öyrəndim ki, bu informasiya sessiyasında bir neçə sualı çıxmaq şərtilə “bəy tərifi” olub. Yenə deyəcəklər dedi-qodu ilə məşğul olursuz.
Qoy desinlər, mən gələcəkdə tarix qarşısında utanmaq istəmirəm. Vicdanım rahat olacaq ki, görüntü xarakterli fəaliyyətlərdə iştirak etməmişəm.
Dünən bir dostumuz gözəl dedi, bu QHT infosessiyası yox, PA infosessiyası idi.
İlk dəfədir ki, PA əməkdaşı müstəqil bir qurumun fəaliyyət sahəsinə aid olan məsələ ilə bağlı sualları cavablandırırdı.
Bu qurumun rəhbəri olduğu halda texniki sualları PA niyə cavablandırsın?
Görəsən QHT-lərdən kimsə PA əməkdaşından soruşdumu ki, 1 QHT ildə 2 dəfə böyük və kiçik qrant ala bilərmi?
Çünki Agentlik qayda-qanunu özü pozur, sonra deyirlər ki, bizlik deyil, PA-dan tapşırıblar vacib filmdi.
Deyilənləri bir kənara qoyuram, QHT-ləri uşaq kimi danlayan və “siz niyə 5 minlik səviyyədə yazdığınız layihəyə 25 min istəyirsiz?” sualı verən PA əməkdaşı maraqlı açıqlama da verib: QHT Agentliyi ölkədə yeganə donor qurum deyil, başqa dövlət qurumları, beynəlxalq fondlar da var. Qınamıram, məlumat olmayanda belə olur. Birincisi dövlət qurumlarının öz profilləri var və bütün QHT-ləri əhatə etməyə bilər. Gənclər Nazirliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və s. İkincisi beynəlxalq fond qalıb ki? 2014-cü ildən qanunvericilikdə edilmiş dəyişikliklərə görə xarici qrantlarla bağlı problemlər yaranıb.
Beləliklə, QHT-lər üçün yeganə donor təşkilat QHT Agentliyi qalıb.
Burada da böyük və orta qrantların nəticələri təqribi bəllidir, ümid yenə də kiçik qrantlarıdır.
Şuranın vaxtında məlumatlandırma sessiyaları maraqlı, diskusiyali, izahlı cədvəllərlə bir sözlə canlı keçirdi. Agentliyin əməkdaşlarının bir çoxunun müəllimi Faraset Gurbanov olub. Heç olmasa onun öyrətdiklərini tətbiq edərdiniz.
Sonda nümunə üçün informasiya sessiyalarından birinin nümunəvi formatının fotosunu paylaşıram. Digər qurumunların da formatından növbəti dəfə istifadə etmək olar. Dünənki format universitetlərdəki dərslərə oxşadı.
Samir Adigozelli
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.