Cəlilabad icra başçısı özünü yandıran qazinin ailəsinə qarşı represiyalara başlayıb

21-05-2015, 13:25           
Cəlilabad icra başçısı özünü yandıran qazinin ailəsinə qarşı represiyalara başlayıb
Qaziler.az saytına mərhum Mirtahir Mürsəlovun ailəsinin verdiyi məlumata görə, özünü yandıran Qarabağ döyüşçüsünün ailəsinə qarşı Cəlilabad rayonunda repressiya başlayıb.

Bu barədə saytımıza mərhumun qardaşı Mirkamil Mürsəlov məlumat verib: “Mirtahir özünü Cəlilabad Rayon Polis Şöbəsinin qaqrşısında yandıran zaman yoldaşı və oğlu onu söndürmək üçün özlərini ora-bura vurub su axtarırlarmış ki, alovu söndürsünlər. Alovlanan atasını söndürmək üçün su dalınca qaçanda oğlu Mirmehman Mürsəlovun qolu polis şöbəsinin növbətçi oturan otağının şüşəsinə dəyərək sındırıb. Bundan sonra öz əməllərini ört-basdır etmək üçün Mirtahirin oğluna cinayət işi açıblar. Hətta dünən axşam atasının meydinin dəfn zaman polislər gəlib Mirmehmanı aparmaq istəyirdilər ki, gəl gedək ifadə ver. Bu, artıq ailəyə qarşı repressiyadır.”

Mərhumun oğlu Mirmehman Mürsəlov da onun haqqında cinayət işi açıldığını təsdiqlədi: “Mən çatdım ki, atam alovlar içərisindədir. Su gətirmək üçün qaçanda qolum şüşəyə dəyib sındırıb. Buna görə də mənə xuliqanlıq maddəsi ilə cinayət işi açıblar”.

Mərhumun yoldaşı Mahirə Mürsəlovanın Qaziler.az saytına bildirdiyinə görə, ailəsinə qarşı repressiya dayandırılmasa Prezident Aparatının qarşısında özünü yandıracaq.

Xatırladaq ki, Mirtahir Mürsəlov mayın 19-da Cəlilabad Rayon Polis İdarəsinin qarşısında ailəsinə qarşı olunan haqsızlıqlara etiraz əlaməti olaraq özünü yandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.