Namərdliyin iki üzü: Kasparovun atdığı daş ağırdır, yoxsa "Azadlıq" qəzetinin tolazladığı corab tayı?

14-12-2023, 16:46           
Namərdliyin iki üzü: Kasparovun atdığı daş ağırdır, yoxsa "Azadlıq" qəzetinin tolazladığı corab tayı?
"Rusiya müxalifətinin görkəmli siması olan Harri Kasparovdan Qubad İbadoğluna dəstək
Qubad İbadoğlunun və ailəsinin xatirinə görə biz bu məsələni diqqətdə saxlamalıyıq. Biz başa düşməliyik ki, diktatura rejimləri ilə klassik mübarizə üsulu, yəni sanksiyalar, ən uğurlu vasitədir".


Azadlıq qəzetinin eks-dünya çempionu, nankor bakılı Harri Kasparovun fotosu və onun haqqında deyilən "Rusiya müxalifətinin görkəmli siması" etiketi bir vətəndaş, xüsusən bir qarabağlı olaraq məni incitdi. Əgər "Azadlıq" qəzeti özünü siyasi qəzet kimi sığortalamasaydı, bəlkə heç inciməzdim.

Görəsən, bu siyasi qəzet ölkəni güc strukturlarının qüvvəsi ilə itaətdə saxlayan, qonşu dövlətin ərazisini zəbt edən, əli azərbaycanlıların qanına batan, hətta Ermənistanda da terrorçu əməllərdən çəkinməyən Robert Köçəriyanın (1998 – 2008) , Serj Sərkisyanın (2008-2018) hakimiyyətləri dövründə diktatura rejimlərinə Harri Kasparovun etiraz etdiyin şahid olubmu? Ümumiyyətlə, "müxalifətin görkəmli siması" dikrator yox, terrorçu-qatil Ermənistan prezidentlərinin ölkənin daxili və xarici siyasətindəki diktaturanı bir dəfə olsun dilinə gətirdimi?

Yox! Kasparov oz doğma soydaşlarını beynəlxalq aləmdə biabır etməzdi, axı o ermənidir! Kasparov 1990-cı ildən üzü bəri Ermənistan dövlətinin Azərbaycan torpaqlarında apardığı deportasiya, soyqırım, talançılıq əməllərini, Xocalı, Qaradağlı, Ağdaban və s. cinayətlərinə görə onları diktator adlandırıb, onlara qarşı sanksiya tələb edib? "Görkəmli" Kasparov Azərbaycanın başına gətirilən faciələri görmədisə, onda kar-kor imiş, görüb susdusa, deməli əsl ermənidir. Onda haqq-ədalət hissi yoxdu! Axı, Kasparov Azərbaycanın çörəyi - suyu ilə böyümüşdü, axı Kasparov Bakıda bütün qayğılarla əhatə olunaraq əsrin ən yaxşı şahmatçısı kimi yetişdirilmişdi, axı Kasparov Azərbaycanın sayəsində Kasparov olmuşdu. Cüzi də olsa, ən azından bir dəfə çıxdığı , əyləşdiyi kürsülərdən Xocalı faciəsinə görə Ermənistanın Azərbaycandan üzr istəməsinə çağırış etməli idi. Etmədi! Etmədisə, demək elə də "görkəmli" müxalifətçi deyilmiş. "Görkəmli müxalifətçi" olmaq üçün birinci məxsus olduğun xalqın , dövlətin nöqsanlarını deməlisən.

Məsələn düşünürəm ki, Kasparov da azacıq da olsa vicdan vardısa, deməliydi ki, Azərbaycan kimi bir ölkə ilə bizi qan düşməni etdiniz, ay Köçəriyan, ay Sərkisyan, yetər, durun, dincəlin! Qarabağ sizin olmaya -olmaya onu zəbt etdiniz, gələcək nəsillərdən, gənclərdən "Biz Azərbaycandan Qarabağı aldıq , siz də Türkiyədən Ağrı dağını alın!" tələbi etdiniz! Bu tövsiyə xalqın sonunu gətirəcək, regionu qana çalxayacaq! Dedimi?

Demədi! "Görkəmli müxalifətçi" beləmi olur?


2-ci məsələ!. 1985-ci ildə Anatoli Karpovdan dünya çempionu titulunu alandan sonra Kasparov öz karyerasına imza atdı və hətta onunla Kommunist Partiyası və “KQB“ maraqlanmağa başladı. Bu barədə 2005-ci ildə Böyük Britaniyanın “The Times“ qəzeti yazır: “Kasparov Vladimir Putin hakimiyyətinə müxalifətdə dayanıb. Bu gün o, Rusiya liberallarının cəmləşdiyi “Komitet-2008“in aparıcı simalarının birinə çevrilib. Onun köməyi ilə Rusiya Demokrat Partiyası yarandı. 1991-ci ildə Rusiya siyasi hadisələr içində boğulurdu. Putin Sankt-Peterburqun meriyasında çalışırdı, amma həmin dönəmlərdə ölkə bu gün Kasparovun ətrafında birləşən liberallarla öyünürdü.1996-cı ilin yazında Harri Kasparov prezidentliyə namizəd Boris Yeltsinin etibarlı dostlarından birinə çevrildi. Bu onun ölkəni tərk edib xaricdə təcrübə toplamasına geniş şərait yaratdı. Amma onun özü “KQB“də hansı vəzifəni daşıdığını yadına salmağı xoşlamırdı".


Hazırda özünüzü siyasi qəzet olaraq "dəyərləndirsəniz də" əslində adi şeylərdən başınız çıxmır! Ermənilərdən heç vaxt müxalifətçi çıxmayıb. Onlar bütün şərtlərdə hər zaman yaşadıqları ölkənin rəhbərinin buyruğunda olublar. Çünki bundan öz çıxarları üçün itifadə ediblər. Etiraz edirsinizsə, dünyada bir müxalifətçi erməninin adını çəkin! Rusiyanın daha dəqiq Putinin əmri ilə partiya yaradaraq müxalifət arasında parçalanma yaradan biri "görkəmli müxalifətçi" yox, olsa, olsa, ara qarışdıran, çuğulçu, (xəbərdaşıyan) , çörək kəsdiyi, "məsləkdaşım" dediyi dostlarını satan ermənidən başqa bir şey deyil.


Keçək 3-cü məsələyə... Qubad İbadoğlu haqlı tutulub, haqsız tutulub, niyə həbs edilib bu, mövzumuz deyil.Yəqin ki, haqq yerini tapacaq, Qubad bəy günahkardırsa, cəzasını çəkəcək, günahkar deyilsə, bəraətini alacaq. Yaxşı, o zaman Azərbaycan hakimiyyətini "diktator" adlandıran Kasparov qəflətən niyə Qubad bəyi dəstəklədi?

İndi ona da açıqlama gətirək: Hazırda yer üzündə nə qədər erməni varsa, (yer üzündə təxminən 10 milyon erməni olduğu deyilir- Ə.R.) elə o qədər də ermənidən daha kəskin erməni olan ermənipərəs var. Hazırda bu təxminən 20 milyonluq ermənilərdən və ermənipərəstlərdən ibarət böyük bir ordu Azərbaycana qarşı soyuq və informasiya müharibələri aparır. Həm də beynəlxalq təşkilartların , hegemon dövlətlərin rəsmi dairələrinin əlləri ilə . 2020-ci ildə Azərbycan dövləti , xalqı və ordusu mütəşşəkil şəkildə birləşib Qarabağı 30 illik erməni işğalından azad etdikdən sonra Xalqımız da, Ordumuz da, siyasətimizi aparan siyasi Liderimiz də həmin o 20 milyonluq kütlənin hədəfindədir. Fransa, İran, Hindistan ermənilərə silah verir, ABŞ ordu göndərir, təlim keçir, AB sərhəddimizə 138 müşahidəçi göndərib, (sayını artırıb 209 ediblər- red-Ə.R) dünya ölkələrinin 80 faizi Azərbaycanın Qarabağdakı antiterror əməliyyatlarını az qala "soyqırım", "deportasiya" kimi öz mediasında işıqlandırıb. Halbuki, vicdanın itirməyən bir neçə ölkə və təşkilat təsdiq etdi ki, Qarabağda nəinki soyqırım olmayıb , hətta heç bir erməninin burnu qanamayıb. Orada yaşayan ermənilər isə Qarabağı könüllü tərk edib. Sizcə, Kasparov xalqının bu məğlubiyyətini Əliyevə bağışlayarmı? Erməni xislətini yada salıb düşünün! Bağışlayarmı!!!


Uzun sözün qısası, Azərbaycana qarşı böyük bir səlib yürüşü göz qabağındadır. Kiçik bir faktı da kasparovsevərlərin diqqətinə çatdırım: Diktator 2 azərbaycanlı hərbçiyə qarşılıq 32 erməni əsirini geri verərdimi? Stalin əsir götürdüyü neçə almanı təmənnasız -qarşılıq almadan geri qaytardı? 1990-cı illərdə əsirlərimizi yüksək məğləğdə pul və benzin müqabilində ölümcül vəziyyətdə qaytaran erməni işğalçılarını nə tez unutdunuz?Geri alınan əsirlərin başına elə oyunlar açmışdılar ki, heç bir il də yaşamırdılar...

Onsuzda siyasətdən xəbəriniz yoxdu, qoy bunu da deyim: Stalinin əmri ilə əsirlər əvəz-əvəz qaytarılıb. Yerdə qalanı da ya başqa məqsədlər üçün geri qaytarılıb , ya da güllələnib.

Sözümü hərləyib-fırlayıb yenə Kasparovun üzərinə gətirirəm:

Azərbaycan SSR-in əməkdar məşqçisi, dəfələrlə müxtəlif FİDE komitələrinə üzv seçilən Çapay Sultanov yazırdı: "Qarabağ münaqişəsinin kritik günlərində ən güclü informasiya zərbəsini Azərbaycana məhz Andrey Saxarov və Harri Kasparov vurdu. Harri Kasparovun məşhur "Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsi dünyanın bir çox tanınmış KIV-lərinin manşetinə çevrildi.
Mediadan:Müxbirin məşhur şahmatcıya sualı:
- Dünya çempionluğundan sonra siz qazancınızı Bakıdakı erməni əhali arasında bölüşdürəcəyinizi açıqladınız...
- 1990-cı ildə şahmat tacımı satdım və onu hazırkı FİDE prezidenti Kirsan İllümjinov aldı. Pulları həmin ilin yanvarında dəqiq bölgü əsasında Bakıdan olan qaçqınlara payladım. 6500-dək qaçqın ailə arasında biz də var idik.
- Ermənistandan da azərbaycanlılar qaçqın düşmüşdü. Pulları onlar arasında bölüşdürə bilməzdiniz?
- Mən bir nəfərəm və Bakıdan qaçanlara mənsub idim”.


Son olaraq: Qədim zamanlarda padişah öz vəzirinə qəzəblənir. Əmr edir ki, vəzir meydana çıxarılsın, daş-qalaq edilsin, kim vəzirə daş atmasa edam olunsun!
Vəziri çıxarırlar meydana, padişah da taxt tacında oturub vəzirə daş atanlara baxır. Daşlar başına-gözünü əzmiş qanlar içində susan vəzir səsini də çıxartmır.Birdən vəzirin qardaşı görür ki, padişah onu süzür, tez əyilib xəlvətcə corabını çıxarır və yumurulayıb qardaşına atır. Corab tayı vəzirə heç çatmamış vəzir elə qıyya çəkir, elə haray qoparıb ağlayır. Padişah prosesi dayandırıbvəziri yanına çağırır.
- Vəzir, bayaqdan başın gözün parçalanıb, qanın üst -başın bulanıb amma səsin çıxmırdı. Qardaşın sənə bir tay corab atan kimi niyə elə bağırdın?
Vəzir deyir - Şah sağ olsun, daş atanlar yad idi deyə, o daşlar məni ağrıtmırdı, Amma o corabı mənim qardaşım mənə tolazladı deyə, məni çox ağrıtdı... Bağırmağımın səbəbi doğmamdan, qanı bir, canı bir qardaşımdan aldığım zərbə idi.
Yəqin ki, bu yazını oxuyandan sonra nə etdiyinizin fərqində olarsınız!

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.