Sakaryanın Adapazarı və Hendek rayonlarında meşə yanğını baş verib. Haber Global xəbər verir ki, Sakaryanın Adapazarı və Hendek rayonlarında meşə yanğını baş verib.
Yanğın günorta saatlarında Sakaryanın Adapazarı rayonunda, Kömürlük yaxınlığındakı Poyrazlar gölünün yaxınlığındakı meşədə baş verib.
Alovu görən ətrafdakıların xəbərdarlığından sonra əraziyə yanğınsöndürənlər sövq edilib və hava dəstəyi ilə cavab tədbirləri həyata keçirilib.
Yanğın qısa zamanda nəzarətə götürülüb, söndürmə işləri davam etdirilir.
Adapazarı rayonu ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb.
Hendek ərazisində yanğınsöndürmə işləri davam edərkən səmanı tüstü bürüyüb.