Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb
Bu gün, 12:11
Yekaterinburqda “Ura.ru” nəşrinin regional redaktoru İqor Sergeyev həmkarı Denis Allayarovun işi üzrə şahid qismində saxlanılıb.
“Report”un “Ura.ru” nəşrinə istinadən verdiyi məlumata görə, o, vəkillərə onu İstintaq Komitəsinin regional idarəsinə dindirməyə apardıqlarını bildirib.
"İqor Sergeyev iyulun 23-də səhər saatlarında saxlanılıb. Hazırda onun harada olduğu məlum deyil. İşi aparan müstəntiq onun yerini açıqlamaqdan imtina edir", - jurnalistin vəkilləri bildirib.
Nəşrin redaktoru D.Allayarov artıq bir aydan çoxdur ki, istintaq təcridxanasındadır. Jurnalist Sverdlovsk vilayətindəki kriminal hadisələr haqqında qanunsuz yolla məlumat əldə etməkdə şübhəli bilinir. Həbsdən əvvəl redaksiyanın baş ofisində və bir neçə jurnalistin evində geniş axtarışlar aparılıb, lakin bu axtarışlar zamanı D.Allayarovun hər hansı təqsirinin təsdiqi tapılmayıb.