Fransalı nazir bu səbəbdən İTTİHAM OLUNUR

Bu gün, 09:45           
Fransalı nazir bu səbəbdən İTTİHAM OLUNUR
Fransanın mədəniyyət naziri Raşida Dati Avropa Parlamentinin üzvü olduğu dövrdə korrupsiya və səlahiyyətdən sui-istifadə ittihamları ilə məhkəmə qarşısına çıxacaq.
Ajans.az fransız mediasına istinadən xəbər verir ki, gələn il Parisin meri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdıran Dati "Renault-Nissan" avtomobil konserninin maraqlarını lobbçilik etməkdə ittiham olunur.

İddialara əsasən, siyasətçi 2010-2012-ci illərdə avtokonsernin Niderlanddakı törəmə şirkətindən hüquqi xidmətlər üçün təxminən 1 milyon avro məbləğində qonorar alıb. Halbuki Dati əslində heç bir xidmət göstərməyib. Həmin dövrdə o Avropa Parlamentinin deputatı olub (2009-2019).

Məhkəmə orqanlarındakı mənbə bildirir ki, Fransa hakimlər həmçinin "Renault-Nissan"ın keçmiş rəhbəri Karlos Qonu da məhkəməyə cəlb etmək qərarına gəliblər.

71 yaşlı Qon Yaponiyada həbsdən qaçdıqdan sonra bir neçə ildir Livanda yaşayır və Dati kimi, ona qarşı irəli sürülən ittihamları rədd edir.

Məhkəmə dinləmələri sentyabr ayının sonuna təyin olunub. Bununla belə, bəzi mənbələr məhkəmənin Parisdə bələdiyyə seçkilərindən sonraya təyin edilə biləcəyinə işarə edirlər.

Bundan əlavə, Dati Parisin rayonlarından birini təmsil etmək üçün keçmiş baş nazir Mişel Barnyeyə qarşı Fransanın Milli Assambleyasına gözlənilən əlavə seçkilərdə iştirak etmək imkanını nəzərdən keçirir.

Şimali Afrikadan olan immiqrant fəhlələrin qızı olan Raşida Dati dəfələrlə ittihamların götürülməsinə nail olmağa cəhd edib, lakin uğursuz olub. "İşin cinayət məhkəməsinə verilməsinə baxmayaraq, Raşida Dati hökumətdə qalacaq", - deyə prezident Emmanuel Makronun yaxınları bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru