ABŞ-də müəyyən qrup vətəndaşların hərbi xidmətə çağırılması qadağan edildi

Bu gün, 09:52           
ABŞ-də müəyyən qrup vətəndaşların hərbi xidmətə çağırılması qadağan edildi
ABŞ-nin müdafiə naziri Pit Heqset ağır psixi pozğunluğu olan şəxslərin hərbi xidmətə çağırılmasını qadağan edən memorandum imzalayıb.

Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadla xəbər verir.

Pentaqonun dərc etdiyi sənəddə izah edilir ki, bu cür xəstəliklər təkcə döyüş tapşırıqları üçün deyil, həm də digər hərbçilərin təhlükəsizliyi üçün təhlükə yaradır.

Mütləq əks-göstərişlər siyahısına şizofreniya, dağınıq skleroz və epilepsiya daxildir. Son bir ildə intihara və ya qətlə cəhd etmiş namizədlərə də xüsusi diqqət yetirilib.

Hərbi rəhbərliyin fikrincə, bu cür hallar döyüş şəraitində riskləri artırır və ciddi nəzarət tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru