22:19 2025-07-22 Sosial şəbəkələrdə paylaşılan nadir tarixi fotoda Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları – Əhməd bəy Pepinov, Aslan bəy Səfikürdski, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə əks olunub.
32gun.az xəbər verir ki, Paylaşım qısa müddətdə geniş istifadəçi auditoriyası tərəfindən maraqla qarşılanıb.
Foto üzərində qeyd olunub ki, bu şəxslər 106 il əvvəl Şərqdə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən dövlət xadimləri kimi tarixə düşüblər. Bildirilib ki, bu gün gender bərabərliyi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda, həmin şəxslər dövrlərini qabaqlayan addımlar atıblar.
Qeyd edək ki, 1918-ci ildə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olub.