Bryus Uillis nitqini və hərəkət qabiliyyətini itirib

Bu gün, 11:38           
Bryus Uillis nitqini və hərəkət qabiliyyətini itirib
Mart ayında 70 yaşı tamam olan amerikalı aktyor Bryus Uillis, ehtimal ki, danışmaq və hərəkət etmək qabiliyyətini tamamilə itirib.

Bu barədə “The Express Tribune” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, döyüş filmlərinin ulduzu ağır hərəkət qüsurlarından əziyyət çəkir, artıq danışmır və oxuya bilmir.

Xatırladaq ki, 2022-ci ilin martında aktyorun qızı Rumer Uillis atasının koqnitiv funksiyalara təsir edən afaziyaya görə karyerasını bitirdiyini açıqlamışdı. Sonradan məlum olub ki, Uillisə beynin frontal və temporal hissələrini təsir edən frontotemporal demensiya diaqnozu qoyulub. Xəstəliyin səbəbi, bir qayda olaraq, genetik meyldir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru